SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Salyanda vətəndaşları qəbul edir
Yanvarın 23-də Təhsil naziri Ceyhun Bayramov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edir. Qəbulda Hacıqabul, Salyan rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, həyata keçirilir.
23/01/2020 12:36
351 namizəd SABAH qruplarında müəllim işləmək üçün qeydiyyatdan keçib
Təhsil Nazirliyinin SABAH qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə müsabiqədə iştirak üçün 27 vakant yer üzrə 351 namizəd qeydiyyatdan keçib. Hazırda müraciətlərin ilkin qiymətləndirilmə mərhələsi keçirilir. Sənədləri uyğun olan namizədlərə müsahibə mərhələsinə dəvət barədə məlumat göndəriləcək. II mərhələ başa çatdıqdan sonra müsabiqə nəticələrinin ümumi yekun qiymətləndirilməsi aparılacaq.
23/01/2020 10:41
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir
2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur: - Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl; - Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı; - Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi. Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər. Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək mövzu bölməsinə “Məktəbli forması” yazılmaqla office@edu.gov.az elektron poçtuna göndərilə bilər. Təhsil Nazirliyi valideynləri, şagirdləri, müəllimləri, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış məktəbli formasının layihəsinə dair rəy, irad və təkliflərin göndərilməsində fəal olmağa dəvət edir. Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri
22/01/2020 16:28
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri - video
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib. Olimpiadanın bu mərhələsində 33 784 şagird iştirak edib. Bilik yarışına IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri qatılıblar. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib. Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Növbəti mərhələyə qeydiyyat 5-15 fevral 2020-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
22/01/2020 09:43
Müəllimlərin işə qəbulunda yenilik - video
Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi ilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.
21/01/2020 17:43
Qış tətili nə vaxt başlayır? - video
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
21/01/2020 17:11
2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı
Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənəd qəbulunun son müraciət tarixi 20 fevraldır. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.
21/01/2020 15:18
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq. Həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək. Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 250 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 4 132 sorğu hazırda icra edilir, 4 228 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.
21/01/2020 14:49
Şəki şəhəri 12 nömrəli tam orta məktəb - Fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Şəki şəhəri 12 nömrəli tam orta məktəbdəndir. Ümumtəhsil məktəbi 1924-cü ildən fəaliyyət göstərir. 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin müasir tələblərə cavab verən 680 şagird yerlik yeni binası tikilib. Ümumi təhsil müəssisəsində 30 sinif otağı, akt zalı, İKT mərkəzi, geniş idman zalı, kitabxana, emalatxana, linqafon kabineti və yeməkxana yerləşir. Məktəbdə 429 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 20 məzundan 14-ü tələbə adını qazanıb. Məktəb 2016-cı ildə “ Sağlam və təhlükəsiz əmək “ şəraitinin yaradılması üzrə keçirilən “İlin ən yaxşı müəssisəsi” respublika baxış müsabiqəsinin qalibi olub. Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
21/01/2020 11:13
Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi, tabe qurumların əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
20/01/2020 14:28
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı