• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qısnamaya məruz qalan məktəblinin hekayəsi tanınmışların təqdimatında

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub. Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir. Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti  istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində  tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.  

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

SABAH qrupları layihəsinin “SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Sağlam təhsil – sağlam millət” və “STEAM Azerbaijan” layihəsinin əməkdaşları, həmçinin ümumtəhsil məktəblərinin müəllimləri, SABAH Mərkəz rəhbərləri və tələbələri iştirak ediblər.          Tədbirdə bildirilib ki, 2019-2020-ci tədris ilindən start verilən “SABAHın müəllimi” təcrübə proqramı SABAH qruplarının pedaqoji ixtisasları üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Üç istiqamət üzrə (“STEAM” siniflərində, kənd məktəblərində, “Sağlam təhsil” siniflərində) aparılacaq təcrübə proqramı ümumilikdə 126 tələbə və 56 məktəbi əhatə edəcək.  Məlumat verilib ki, “STEAM” siniflərində təcrübə proqramı SABAH qruplarının “STEAM Azerbaijan” layihəsi ilə əməkdaşlığı çərçivəsində SABAH tələbələrinin layihə haqqında məlumatlılığının artırılması məqsədilə 2 həftəlik intensiv təlimlərdə iştirak etməsini və STEAM siniflərində pedaqoji təcrübə keçməsini nəzərdə tutur. Təcrübədə ümumilikdə 6 ixtisas üzrə 68 tələbə iştirak edəcək. Təcrübə 15 ümumtəhsil məktəbini əhatə edəcək. Kənd məktəblərində təcrübə proqramı çərçivəsində isə 33 tələbə ucqar kəndlərdə yerləşən ümumtəhsil məktəblərində təcrübə keçəcəklər. Təcrübə 27 kənd üzrə 32 məktəbi əhatə edəcək. Təcrübənin əsas məqsədi tələbələrin SABAH qruplarında təhsil dövründə qazandıqları bilik və bacarıqlarını, təcrübələrini yaşadıqları icmaya ötürərək töhfə vermələridir. Təcrübə proqramının 3-cü istiqamətinə uyğun olaraq tələbələrin digər qismi “Sağlam təhsil - sağlam millət” layihəsi ilə əməkdaşlıq çərçivəsində “Sağlam təhsil” siniflərində  təcrübəyə cəlb olunacaqlar. Bildirək ki, 2016-cı ildən etibarən 100  SABAH tələbəsi “Sağlam təhsil“ siniflərində təcrübə keçib. Qeyd edək ki, “SABAHın müəllimi” təcrübə proqramının əsas məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan SABAH tələbələrinə öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaqdır.

Tələbələrin köçürülməsinə başlanılır - video

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək  6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.   Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları  

Rusiya 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Rusiya Federasiyası 2020-2021-ci tədris ili üzrə “Study in Russia” adlı təqaüd proqramı elan edir. Proqramda iştirak üçün sənədlərin qəbulu https://edu.rs.gov.ru/ internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Təqaüd proqramına müraciət etmək istəyən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb.  Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunan “Könüllülər ili” çərçivəsində keçirilib. Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsi, “Bir” Tələbə-Könüllü proqramının nümayəndələri və tələbə-könüllülər iştirak ediblər. Memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviqi, idman və  xüsusilə paralimpiya yarışlarına marağın artırılması, gənclərə asudə vaxtlarını səmərəli istifadə etmək üçün əlverişli mühit yaratmaq, tədbirlərin həyata keçirilməsində tələbə-könüllülərin iştirakını təmin etmək, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, həmçinin, inklüziv könüllülüyün inkişafına şərait yaratmaqdan ibarətdir. Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin fəaliyyəti, həyata keçirdiyi uğurlu tədbirlər barədə danışıb və yerli, eləcə də beynəlxalq yarışların təşkilində tələbə-könüllülərin dəstəyini, ölkədə olan könüllü hərəkatlarının əhəmiyyətini vurğulayıb. “Bir” Tələbə-Könüllü proqramının rəhbəri Canoğlan İlyasov könüllülüyün əhəmiyyətindən danışıb, proqram haqqında məlumat verib. Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 11 şəhərində yerləşən 44 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23 mindən çox tələbə-könüllü üzvə malik olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Ağdam, Şamaxıda keçirilmiş 550-dən çox tədbirləri müşaiət edib, bir sıra tədbir və aksiyaları təşkil edib. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Proqrama könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytından qeydiyyatdan keçə bilərlər.

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib. “Tokio 2020 Yay Olimpiya Oyunları – sağlamlıq, dostluq, birlik” mövzusunda keçirilən rəsm müsabiqəsi “Tokio 2020” Yay Olimpiya Oyunlarını uşaqlar arasında təbliğ etmək, Olimpiya dəyərləri və ideyalarını öyrətmək, uşaqlara tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq, uşaqlar arasında idmana olan marağı artırmaq məqsədlərinə xidmət edir. Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə təşkil olunan müsabiqədə 6-15 yaş arası respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilərlər.       “İdman və ətraf mühit”, “İdman və sülh”, “İdman və texnologiya”, “İdman və mədəniyyət”, “İdman və dostluq”, “İdman və inklüziya” mövzuları üzrə təşkil olunan müsabiqəyə qatılan təhsil müəssisələrindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək. Qaliblərin seçimi Təşkilat Komitəsinin razılığı ilə yaradılmış münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Qaliblər və mükafatçılar 2020-ci ilin iyun ayında elan olunacaq. Hər bir yaş kateqoriyası üzrə qaliblərə I, II, III dərəcəli medal, diplom və hədiyyələr təqdim ediləcək.

"Təməl"in xüsusi buraxılışı

 

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil naziri Ceyhun Bayramovun 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransı  

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

Yanvarın 24-də Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə reallaşdırılan “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər. Məktəbin direktoru Ceyran Quliyeva tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib. Sonra çıxış edən “Nargis for Eco” layihəsinin kuratoru Sevinc Həsənova layihənin vacibliyini vurğulayaraq, bu kimi ekoloji və sosialyönümlü tədbirlərin önəmli olduğunu deyib. O, tullantı kimi atılan əşyalardan səmərəli istifadə olunduğu halda yaradıcı insanların sənət əsərinə çevrilə biləcəyini qeyd edib. Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” (“Make the Earth smile again”) mövzusunda təqdimatla çıxış edib. Tədbirdə 189-190 nömrəli məktəbin şagirdləri tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı iş seçilib. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir. 2019-cu ilin noyabr ayından start verilən “Tullantılardan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir. Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.   AZƏRTAC

Nazir müavini Biləsuvarda gənc müəllimlərlə görüşüb

Yanvarın 24-də Təhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb. Görüşdə Biləsuvar və Neftçala rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında geniş çıxış edib. Nazir müavini müəllim və şagird arasında səmimi ünsiyyətin yaradılması, müasir texnologiya və tədris metodlarından istifadə imkanlarının vacibliyini vurğulayıb. Nazir müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də ətraflı söz açıb. Nazir müavini çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Görüş gənc müəllimlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib. Sonda xatirə şəkili çəkdirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı