SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib
Yanvarın 24-dəTəhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, dərs saatlarının artırılması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl