SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Şəki şəhəri 11 nömrəli tam orta məktəb – Fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər respublikanın qocaman məktəblərindən biri olan 95 yaşlı Şəki şəhəri 11 nömrəli tam orta məktəbdəndir. Sözügedən məktəb 1925-ci ildə istifadəyə verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən tikilmiş Şəki şəhəri 11 nömrəli tam orta məktəb 960 yerlikdir. Məktəbdə 40 sinif otağı ilə yanaşı hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı, yeməkxana vardır. Məktəbdə şagirdlərin humanist, vətənpərvər ruhda yetişdirilməsi üçün “Vətən oğlu” adlı Hərbi-vətənpərvərlik klubu, intelektual səviyyələrinin artırılması üçün “İntellektual klub”, xüsusi istedada malik şagirdlərin yaradıcılıq potensialının gücləndirilməsi məqsədi ilə isə “Kiçik akademiya” fəaliyyət göstərir. Hazırda məktəbdə 930 şagird, həmçinin 4 məktəbəhazırlıq qrupunda 85 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. Məktəbi 2018-2019-cu tədris ilində bitirmiş 49 məzundan 38 nəfəri ali təhsil,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Şagirdləri müxtəlif olimpiada, müsabiqə və yarışlarda uğurla iştirak edən məktəb 2010-2011-ci və 2014-2015-ci illərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülüb. Məktəbin məzunları arasında ölkəmizin ictimai-siyasi həyatında xüsusi rolu olan ictimai-siyasi xadim, akademik və elm adamları var.
05/02/2020 12:00
Təhsil Nazirliyi ilə Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb
Fevralın 3-də Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb. Bildirilib ki, Niyyət Protokolunun imzalanmasında əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Nəticə olaraq isə yerli təhsil müəssisələrinin nüfuzlu qurumlara məxsus beynəlxalq reytinq siyahılarında (“QS World University Rankings”, “The Financial Times”, “Shanghai Ranking” və s.) irəliləməsinə nail olmaqdır. Qeyd edək ki, dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən “Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 30 000 elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur. Son illərdə elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə, Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında birinci yerdə qərarlaşıb. “Elsevier” korporasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin elmi arenada yerinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.
03/02/2020 17:32
Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində
11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək. Bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük Mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib. Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən IX – XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. 2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.
03/02/2020 14:41
Tələbələrin köçürülməsi üzrə qeydiyyat başlayıb
Fevralın 1-dən tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Bugünədək 72 nəfər köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.
03/02/2020 12:25
Vətəndaşlarla iş bölməsinə 11 372 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2020-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 11 372 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9409 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1963 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1066 sənəd (363 ərizə, 703 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xaricdə təhsil və digər məsələləri əhatə edib.
03/02/2020 11:53
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir. Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak ediblər. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasıının fəaliyyətinə dair videoçarx nümayiş olunub. Bakı şəhəri 20 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 25 yaşlı gənc Xəyalə Hüseynli çıxış edərək müəllim peşəsinin dəyərlərindən və ona qazandırdıqlarından söz açıb. Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllim əməyinin stimullaşdırılması və məktəb tikintisi istiqamətində mühüm təşəbbüslər həyata keçirildiyini vurğulayıb. Təhsil naziri müəllim olmaq istəyənlərin sayının ilbəil artdığını xüsusi qeyd edib. Cəmiyyətdə müəllimin əvəzsiz rolundan danışan Ceyhun Bayramovun sözlərinə görə, gənc müəllimlər təşəbbüskar olmalı, öz üzərində işləməli, peşəkarlıqlarını artırmalıdırlar. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışını xüsusi xatırladaraq qeyd edib ki, ölkə başçısının tövsiyələrinə uyğun olaraq ümumi təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması müəllimlərin qarşısında duran ən əsas iş prinsipidir. Təhsil naziri əlavə edib ki, müəllimlər hər zaman şəxsi nümunələri ilə fərqlənməlidirlər. Assosiasiyanın fəaliyyətini qiymətləndirən Təhsil naziri bu qurumun gənc müəllimlərin peşəkarlıq potensialının artırılması istiqamətində onlara dəstək olacağına ümidvarlığını ifadə edib. Nazir çıxışının sonunda gənc müəllimlərin hər birini 2 fevral –Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra çıxış edən corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer tədbirin əhəmiyyətini vurğulayıb, gənclərin birgə fəaliyyətinin təşkilini qiymətləndirib. Tədbirdə AGMA loqosunun təqdimatı olub və qalib müəllif, Assosiasiyanının üzvü Aygün Abdulova mükafatlandırılıb. Mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib. Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissə yekunlaşdıqdan sonra panel müzakirələr keçirilib.
01/02/2020 18:03
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir. Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak edirlər. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
01/02/2020 12:47
Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb
Yanvarın 31-də Təhsil naziri Ceyhun Bayramov Koreya Respublikasının İnha Universitetinin Qlobal təhsil layihələri qrupunun dekanı Kiyon Çöhün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının təsis edilməsi istiqamətində müzakirələr aparılıb. Bu məqsədlə hər iki universitet arasında imzalanmış anlaşma memorandumu yüksək qiymətləndirilib. Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op da iştirak edib.
31/01/2020 17:44
Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu
Yanvarın 31-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimdə Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Cənubi Koreyanın İnha Universitetinin Qlobal təhsil layihə qrupunun dekanı Kiyon Çöh və digər qonaqlar iştirak ediblər. Tədbirdə ikili diplom proqramı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bildirilib ki, Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi hər iki universitetdə təhsilin inkişafına əlavə töhfələr vermiş olacaq. Tərəflərin gələcəkdə informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramını həyata keçirməyi nəzərdə tutduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, memorandum hər iki universitetin tələbələri üçün beynəlxalq təhsil imkanlarını, fakültə və işçilər üçün peşəkar inkişaf, eləcə də tədqiqat imkanlarını artıracaq, qurumlararası əlaqənin daha da inkişafını təmin edəcək. Sənədə uyğun olaraq tərəflər tələbə, müəllim heyəti, elmi materialların mübadiləsini, ikili diplom proqramı kimi ortaq təhsil layihələrini həyata keçirəcəklər.
31/01/2020 17:25
“Bizim müəllim”
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Aytəkin Ağayevaya həsr olunub. O, 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal toplayıb və həmin il Quba rayon Əlik kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2019-cu ildə isə müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edib. Hazırda Şabran rayon Gəndov kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Aytəkin Ağayeva deyir ki, şagirdlərlə işləmək, onlara bilik öyrətməkdən zövq alır və müəllim adını qazandığı üçün çox xoşbəxtdir. Aytəkin Ağayevanın sözlərinə görə, müəllim peşəsi ona görə dəyərlidir ki, onlar vətəndaşların cəmiyyətə yararlı olması və layiqli yer tutması üçün çalışır, gələcəyin peşə sahiblərini yetişdirirlər. Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
31/01/2020 16:18
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı