• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şəki şəhəri 11 nömrəli tam orta məktəb – Fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər respublikanın qocaman məktəblərindən biri olan 95 yaşlı  Şəki şəhəri 11 nömrəli tam orta məktəbdəndir. Sözügedən məktəb 1925-ci ildə istifadəyə verilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən tikilmiş  Şəki şəhəri 11 nömrəli tam orta məktəb 960 yerlikdir. Məktəbdə 40 sinif otağı ilə yanaşı hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı, yeməkxana vardır.

Məktəbdə şagirdlərin humanist, vətənpərvər ruhda yetişdirilməsi üçün  “Vətən oğlu” adlı Hərbi-vətənpərvərlik klubu, intelektual səviyyələrinin artırılması üçün “İntellektual klub”, xüsusi istedada malik şagirdlərin yaradıcılıq potensialının gücləndirilməsi məqsədi ilə isə “Kiçik akademiya” fəaliyyət göstərir.

Hazırda məktəbdə 930 şagird, həmçinin 4 məktəbəhazırlıq qrupunda 85 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. Məktəbi 2018-2019-cu tədris ilində bitirmiş 49 məzundan 38 nəfəri ali təhsil,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Şagirdləri müxtəlif olimpiada, müsabiqə və yarışlarda uğurla iştirak edən məktəb 2010-2011-ci və 2014-2015-ci illərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülüb.

Məktəbin məzunları arasında ölkəmizin  ictimai-siyasi həyatında xüsusi rolu olan ictimai-siyasi xadim, akademik və  elm adamları var.


5 il əvvəl