• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

403 tələbə “Your English Voice” müsabiqəsində iştirak hüququ qazanıb

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” ingilisdilli müsabiqəsinə qeydiyyat prosesi yekunlaşıb. Müsabiqənin birinci mərhələsində 57 ixtisas üzrə 438 tələbə elektron qeydiyyatdan keçib. Onlardan 403 tələbənin müraciəti təsdiqlənib. Müsabiqədə iştirak hüququnu qazanmış tələbələrin siyahısı, eləcə də müsabiqənin ikinci mərhələsi (test imtahanı) haqqında məlumat yaxın günlərdə www.sabah.edu.az saytında yerləşdiriləcək.  Məlumat üçün bildiririk ki, “Your English Voice” müsabiqəsi Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır. Müsabiqənin bütün mərhələlər üzrə qalibləri Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən  biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı əldə edəcəklər.

Təməl: Təhsildə rəqəmsallaşma

 

Sambo üzrə açıq birincilik başa çatıb

3-5 fevral 2020-ci il tarixlərində sambo idman növü üzrə 2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və idman klublarından 10 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb. Hər yaş qrupunda 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında 2005-2006-cı il təvəllüdlü idmançılar arasında I yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, II yerə “Təhsil” RİM-in 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, III yerə isə “Təhsil” RİM-in 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə “Təhsil” RİM-in 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası I, “Təhsil” RİM-in 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası II, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası isə III yerə layiq görülüb. Qaliblər medal və diplomlarla təltif ediliblər. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, yarış təcrübəsinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.

Tələbələrin köçürülməsi üzrə qeydiyyat davam edir

Fevralın 7-də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır. Bu prosesə bu gün saat 24.00-da yekun vurulacaq. Qeyd edək ki, sözügedən prosesə fevralın 1-dən start verilib. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Göygöl rayonu Nadil kənd tam orta məktəbinin ingilis dili müəllimi Emin Hüseynova həsr olunub. Emin Hüseynov 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə göstərib və həmin ildən Gədəbəy rayonu Söyüdlü kənd tam orta məktəbində ingilis dili fənnini tədris etməyə başlayıb. 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən Emin müəllim 54 bal toplayıb. Həmin il Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinə yerdəyişmə edən gənc müəllim 2018-ci ildə yenidən yerdəyişmə prosesində iştirak edərək Göygöl rayonu Nadil kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirməyə başlayıb. Uşaqlarla səmimi münasibət qurmağa çalışan Emin Hüseynov deyir ki,  müəllim şagirdini daha yaxşı anlamaq üçün özünü onun yerinə qoymağa çalışmalıdır. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

STEAM tədrisi ilə bağlı təlimin bağlanış mərasimi

Fevralın 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq, İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ilindən etibarən Bakının 42 məktəbində tətbiq edilən STEAM layihəsi 254 sinifdə 6000-dən çox şagirdi əhatə edir. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiqinə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Nazir müavini bildirib ki, müasir dövrün çağırışları təhsil sahəsinin qarşısında yeni tələblər qoyur. STEAM tədris metodikasının əsas mahiyyətindən danışan Məhəbbət Vəliyeva deyib ki, növbəti iki il ərzində layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, layihənin tətbiqinə başlandığı gündən indiyə qədər müəllimlər həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş müəllimlərin əksəriyyəti ilə əməkdaşlığa başlanılıb və layihənin tətbiq sahəsinin genişləndirilməsi məqsədilə müxtəlif işlər görülüb, 34 həftəlik tədris proqramı yazılıb, dərslərin tədrisi üçün Azərbaycan və rus dillərində dərs vəsaitləri çap edilib. Daha sonra çıxış edən İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq məlumat verib ki, 50 təhsil mütəxəssisi ötən ilin dekabrında İsraildə, bu ilin fevralında isə Bakıda 5 həftəlik STEAM və robotiks təhsil proqramlarının tədrisi istiqamətində keçirilən təlimdə iştirak edib. Qeyd olundu ki, bu cür tədbirlərin keçirilməsi iki ölkənin münasibətlərinə müsbət təsir edir. İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild çıxış edərək STEAM tədrisinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. Tədbirin sonunda təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.  

UFAZ-da magistratura proqramının təqdimatı olub

Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020-2021-ci tədris ilindən etibarən fəaliyyətə başlayacaq magistratura proqramının təqdimatı keçirilib. Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, UFAZ-da magistratura təhsili tətbiqi kompüter elmləri, geofizika, fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə aparılacaq. İki illik nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) veriləcək. Bakalavrda olduğu kimi, magistratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq. Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanından 70-dən çox bal toplayan bütün yerli və xarici tələbələr bu proqram üzrə sənədlərini təqdim edə bilərlər. Hər 3 ixtisas üzrə magistratura təhsili Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilir.  UFAZ-da magistratura üzrə qəbul imtahanının aprelin 27-də keçirilməsi nəzərdə tutulur. Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib ki, Fransanın Azərbaycanla həyata keçirildiyi ikili diplom proqramı daha uğurlu alınıb. UFAZ-ın uğurlu layihə olduğunu deyən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev vurğulayıb ki, bu il 129 nəfər UFAZ-ın bakalavr pilləsini bitirəcək. Yaqub Priyevin sözlərinə görə, UFAZ-ın ilk bakalavr buraxılışı bu ali təhsil müəssisəsində keyfiyyət göstəricisinin 90 faizdən çox olduğunu göstərir. UFAZ-ın elmi eksperti, professor Pyer Kollet da öz növbəsində diqqətə çatdırıb ki, magistr proqramındakı ixtisaslar üzrə 80 yer nəzərdə tutulur. Bu pillədə təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı da qazanacaqlar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub. Nazir universitetin maddi-texniki bazası, tədris prosesi ilə tanış olduqdan sonra universitet rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb. Təhsil nazirinə universitetin tarixi, strukturu və tədrisin təşkili barədə ətraflı məlumat verilib. Universitetin rektoru Ceyran Mahmudova bildirib ki, ölkənin mədəniyyət və incəsənət sahəsi üçün ixtisaslı kadrlar yetişdirən ali təhsil müəssisəsində 2265 tələbə təhsil alır. Universitetin tələbələri ölkənin mədəni həyatında fəal iştirak edirlər. Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdırlar. Nazirin sözlərinə görə, dövrün tələbləri hər bir universitetdən öz keyfiyyətini artırmağı və fəaliyyətini innovativ tədris texnologiyaları əsasında qurmağı tələb edir. Daha sonra rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Nazir teatr sənəti fakültəsinin tələbələrinin məşq prosesində olub və  ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında “Tiran Edip” tamaşasını izləyib. Sonda Təhsil naziri Ceyhun Bayramov səhnə əsəri haqqında təəssüratlarını bölüşüb.

Tələbələrin köçürülməsi üzrə qeydiyyat davam edir

Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir. Bu gün saat 14:00-dək ümumilikdə 906 nəfər köçürülmək, yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib. 5959 nəfərdən 61-i magistratura səviyyəsindən, 129-u xaricdə yerləşən ali təhsil müəssisəsindən, 816-sı orta ixtisas təhsili müəssisəsindən, 4953 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülən və ya ixtisası dəyişdirilən tələbələrdir. Qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.  

Yeni Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyənlərin nəzərinə

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyən namizədlər üçün işə qəbul prosesi həyata keçirilir. İnformasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma  və avtomobil ixtisasları üzrə təşkil edilən işə qəbul prosesi fevralın 28-dək davam edəcək. Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilli olmalı,  sənaye təcrübəsi, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdır. Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək. Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, recruiting.bsii@vet.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı