SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində
11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək. Bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük Mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.
Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən IX – XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir.
2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl