• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika fənn olimpiadalarının qalibləri

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub. Olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib. Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır. Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülüb.  Qeyd edək ki, 2019-2020-ci tədris ilində olimpiadaya 34 minə yaxın şagird qatılıb. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.   Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Məktəbdənkənar təhsil müəssisəsi yetirmələrinin qalibiyyəti

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi "Sing at Home" 2020 ("Evdə oxu") onlayn beynəlxalq müsabiqəsində uğurla təmsil olunub. Müsabiqə Beynəlxalq İtaliya Festival Assosiasiyası tərəfindən COVID-19 infeksiyası ilə bağlı onlayn şəkildə təşkil edilib. Məqsəd digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclər arasında dostluq münasibətlərini yaratmaq, istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub. Müsabiqəyə qatılan mərkəzin 13 dərnək üzvü "Vokal", "İnstrumental ifa" nominasiyaları üzrə qalibiyyət əldə ediblər. Nəticələrə əsasən, saz alətində  "Naxçıvani" havasını uğurla ifa edən mərkəzin dərnək üzvü Kənan Gülməmmədov beynəlxalq münsiflər heyəti tərəfindən 100 balla qiymətləndirilərək "Qran-pri" mükafatına, nağara və mahnı ifalarına görə Mirelmir Seyidov və Cəmilə Məmmədli I, 4 nəfər II, 8 nəfər isə III yerə layiq görülüb.  Təşkilat Komitəsi tərəfindən müsabiqədə yer tutmuş 3 nömrəli Uşaq-Gənclər Mərkəzinin istedadlı dərnək üzvləri, eləcə də müsabiqəyə münsif kimi dəvət olunmuş mərkəzin direktoru Lalə Qəti və dərnək rəhbərləri diplomlarla təltif olunublar.

Vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

"Abituriyentlər üçün dərs vaxtı"nın 1 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 1 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

“WorldSkills Asia” təşkilatı onlayn təlimlərə başlayır

İyulun 1-dən "WorldSkills Asia" təşkilatı tərəfindən üzv ölkələr üçün İKT istiqaməti üzrə 8 peşə bacarığını hədəfləyən onlayn təlimlərə başlanılır. 130-dan çox nümayəndənin qatılacağı təlimlər İKT şəbəkə sistemlərinin idarəedilməsi, biznes üçün İKT həlləri, veb-dizayn və bu kimi digər sahələri əhatə edir. Təlimlərdə Azərbaycandan 5 peşə istiqaməti üzrə 6 mütəxəssisin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, sözügedən təlimlər sahə mütəxəssislərinin biliklərinin artırılması və hazırda əmək bazarının tələb etdiyi bilik və bacarıqların təhsil sisteminə gətirilməsinə istiqamətləndirilib. Sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.

"Abituriyentlər üçün dərs vaxtı"nın 30 iyun cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 30 iyun cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

STEAM təhsili üzrə vebinar 

İyulun 1-də "Virtual məktəb" platforması üzərindən şagirdlər üçün STEAM təhsili üzrə növbəti vebinar təşkil ediləcək.  Vebinarın bu dəfəki mövzusu "Minecraft ilə Öyrən"dir. Vebinar ərzində "Minecraft" təhsil platformasının lisenziyalarının şagirdlərə verilməsi prosesindən söhbət açılacaq. Bu təhsil platformasının şagirdlərdə formalaşdırdığı bacarıqlar barədə müzakirə aparılacaq. Bildirək ki, sözügedən təhsil platforması şagirdlərdə bloklar və digər alətlərdən istifadə edərək öz dünyalarını inşa etmək imkanı yaradır. Həmçinin, şagirdlər öz sinif yoldaşlarıyla birgə öyrənə və yaratdıqları portfolioları nümayiş etdirə bilərlər. Keçid linkinə daxil olaraq 1 iyul saat 17:00-da vebinarı canlı şəkildə izləyə bilərsiniz: https://bit.ly/2YJRgDX

"Abituriyentlər üçün dərs vaxtı"nın 29 iyun cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 29 iyun cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Şagirdlərimiz beynəlxalq müsabiqənin finalında

Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar müsabiqəsinə qatılaraq finalda iştirak hüququ qazanıblar. Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov iyunun 24-də "British Education Association"-nın (BİEA) təşkilatçılığı ilə onlayn həyata keçirilən final  müsahibəsində iştirak ediblər. 2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Müsahibəyə finalçılarla yanaşı onların elmi rəhbəri Samir Orucov da qoşulub, mühəndislik sahəsində hazırlanmış layihə yüksək səviyyədə təqdim olunub. Azərbaycandan həmin yarışmaya ilk dəfə qatılan şagirdlərə uğurlar diləyirik.

Peşə təhsili üzrə teledərslərin 26 iyun  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 26 iyun  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı