• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər

İyunun 24-də "Virtual məktəb” layihəsi çərçivəsində "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn tədbir keçirilib. Tədbir mərkəzin peşəyönümü işlərinin planına uyğun olaraq, mərkəzin müəllim və pedaqoji-mühəndis heyətinin iştirakı ilə baş tutub. Məqsəd gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirmə işlərinin aparılması və peşə təhsilinin vacibliyinin aşılanmasıdır. Görüşdə mərkəzdə tədris olunan “Avtomobil diaqnostikası və təmiri üzrə usta”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta”, “İnşaat ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” , “Elektronika ustası” , “Torna və frezer dəzgahlarının operatoru” və “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasların təqdimatı nümayiş olunub,  bu ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbir çərçivəsində 2019-2020-ci tədris ilini uğurla başa vurmuş Təhsil Mərkəzinin təqdimatı olub. Tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib, zəngin maddi-texniki baza imkanlar təqdim edilib, strukturda mövcud olan emalatxana və laboratoriya otaqlarına virtual turlar təşkil olunub. Eyni zamanda görüşdə işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Qeyd olunub ki, Mərkəzin əsas missiyası müasir tələblərə və qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaq və onları tərəfdaş şirkətlərdə iş imkanları ilə təmin etməkdir. Görüşün sonunda ünvanlandırılan bütün suallar iştirakçılar tərəfindən cavablandırılıb. Qeyd edək ki, 12, 18 iyun tarixlərində də Mərkəz tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində peşəyönümü üzrə təbliğat xarakterli distant tədbirlər həyata keçirilib.  

"Abituriyentlər üçün dərs vaxtı"nın 25 iyun cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 25 iyun cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

Məktəbdənkənar fəaliyyət üzrə "Mənim milli adət-ənənələrim" beynəlxalq onlayn rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 may-15 iyun tarixlərində keçirilib. 3 yaş qrupu üzrə (6-9,10-13,14-17) keçirilən müsabiqədə Azərbaycan və digər ölkələrdən olan məktəblilər iştirak ediblər. Onlayn beynəlxalq müsabiqəyə Türkiyə, Rusiya, Qazaxıstan, Portuqaliya, Gürcüstan, Qırğızıstan, İtaliya, Bolqarıstan və Azərbaycandan 371 rəsm işi təqdim edilib. Müsabiqənin münsiflər heyətinin tərkibində əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev, Xalq rəssamı, professor Ağəli İbrahimov və Xalq rəssamı, professor Arif Hüseynov təmsil olunub. Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri müəyyən edilib. Müsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.

Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 23-də ölkə Prezidenti cənab İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.  Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Təhsil Nazirliyinin 3 əməkdaşı da var. Sərəncama əsasən, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Dəftərxana sektorunun baş məsləhətçisi Şahrun Qulu Zadə "Dövlət qulluğunda fərqlənməyə görə”, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə isə "Tərəqqi" medalı ilə təltif olunublar. Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.   Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Abituriyentlər üçün dərs vaxtı"nın 24 iyun cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 24 iyun cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

Şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, eləcə də layihə qurmaq və icra etmək bacarıqlarının inkişafına xidmət edən “Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub. Sözügedən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. “Rəqəmsal bacarıqlar” layihəsinə üzv olan məktəblərin müəllim və şagird heyəti “Virtual məktəb” portalında “More added apps” bölməsindən “Algorithmics” tətbiqini əlavə etməklə layihə üzrə fəaliyyətlərini birbaşa bu portalda davam etdirə bilərlər. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi və 70 mindən çox şagirdi əhatə edib.  Layihə çərçivəsində informatika fənni yeni formatda tədris olunur, şagirdlər fənn üzrə interaktiv alətlərdən, 300-ə yaxın hazırlanmış teledərs və videodərs materiallarından yararlana bilirlər.  

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Təhsil Nazirliyi yanında İctimai Şuranın müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn iclası keçirilib.  Şuranın məsul katibi İlqar Orucov təhsil işçilərinin peşəkar inkişafı mövzusunda müzakirənin aktuallığına toxunaraq təhsil sahəsində kadr hazırlığı istiqamətində görülən işlərdən danışıb.  Onlayn müzakirədə iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov müəllimlərin peşəkar inkişafı sahəsində mövcud siyasət barədə məlumat verərək bildirib ki, bu istiqamətdə görülən işlər “Təhsil haqqında” Qanun, “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”, “Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsi”, “İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair təlimat” əsasında həyata keçirilir. İxtisasartırma təhsilinin təşkili Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən aparılır. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsi (fənn biliyi, ümumpedaqoji bacarıqlar və metodik yanaşmalar) barədə məlumat verib. Bildirib ki, diaqnostik qiymətləndirmədən sonrakı dövrdə müəllimlərin fənn biliklərinin dərinləşdirilməsinə və genişləndirilməsinə daha çox önəm verilib. 8 fənn üzrə 120 akademik saatlıq ixtisasartırma proqramları ixtisasından aşağı bal toplamış müəllimləri mütəmadi olaraq əhatə edib, son iki ildə ümumpedaqoji bacarıq və metodik yanaşmalar da diqqətdə saxlanılaraq yeni məzmunlu və formalı proqramlar hazırlanıb.  Müəllimlərin peşəkar inkişaf imkanları (dövlət tərəfindən təmin olunan təlimlər, ödənişli təlimlər, beynəlxalq təlim səfərləri, öyrədici resurslar və s.) haqqında məlumat verən Təhsil İnsitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) direktoru Nəzakət Mehdiyeva qeyd edib ki, mərkəz tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarları müəllimin özünü və həmkarlarını qiymətləndirmə bacarığının inkişafında müsbət rol oynayır. Mərkəzin bu yöndə fəaliyyətində son iki il ərzində beynəlxalq təlim səfərlərinə əhəmiyyət verilib. TİPİM-in onlayn resurslarında xeyli sayda öyrədici materiallar yerləşdirilib ki, təhsil işçiləri istədikləri vaxt həmin məlumatlardan istifadə edə bilərlər. Bunlardan 65-i beynəlxalq metodistlərin hazırladıqları və Azərbaycan dilinə tərcümə edilmiş hazır dərs planlarıdır. Həmçinin 69 ədəd orijinal videoçarx və animasiya filmi də hazırlanaraq təhsil işçilərinin istifadəsinə verilib.  Şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mirzə Cəfərzadə də çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Şura üzvləri təhsil işçilərinin peşəkar inkişaf standartlarının təsdiqi, ixtisasartırma kurslarının təşkilində sistemliyin artırılması, pedaqoji kadrların peşəkar inkişafının nəticəyönümlüyünü, həm dövlət hesabına, həm də ödənişli əsaslarla təlim verən mərkəzlər  tərəfindən təhsil işçilərinin peşəkarlığının artırılması məqsədilə standartların və təlim paketlərinin hazırlanması, təlim verən özəl qurumlara dair məzmun tələblərinin təkmilləşdirilməsi, təhsil işçilərinin təlimlərə cəlb edilməsində məcburilikdən daha çox motivasiya və həvəsləndirmə mexanizmlərinin formalaşdırılması barədə təkliflər irəli sürüblər. Eyni zamanda müəllimlərin əməyinin qiymətləndirilməsinin onların bilik və bacarıqlarını əks etdirən göstəricilərlə uzlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinə görə kateqoriyalara bölünməsi, onların əməkhaqqlarının peşəkarlıq göstəricilərinə uyğunlaşdırılması sisteminin qurulması, təhsil işçilərinə pandemiya və post-pandemiya dövrünün çağırışlarına müvafiq bacarıqların verilməsi, açıq və əlçatan resurslardan sərbəst öyrənmə mədəniyyətinin müəllimlər arasında təşviq edilməsi ilə bağlı təkliflər də verilib.  Sonda təkliflərin ümumiləşdirilərək müvafiq qərarların qəbul olunması üçün Təhsil Nazirliyinə təqdim edilməsi qərara alınıb. 

"Abituriyentlər üçün dərs vaxtı"nın 23 iyun cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 23 iyun cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

"Abituriyentlər üçün dərs vaxtı"nın 22 iyun cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın 22 iyun cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Peşə təhsili üzrə teledərslərin 22 iyun  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 22 iyun  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı