SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Şagirdlərimiz beynəlxalq müsabiqənin finalında
Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar müsabiqəsinə qatılaraq finalda iştirak hüququ qazanıblar.
Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov iyunun 24-də "British Education Association"-nın (BİEA) təşkilatçılığı ilə onlayn həyata keçirilən final müsahibəsində iştirak ediblər.
2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Müsahibəyə finalçılarla yanaşı onların elmi rəhbəri Samir Orucov da qoşulub, mühəndislik sahəsində hazırlanmış layihə yüksək səviyyədə təqdim olunub.
Azərbaycandan həmin yarışmaya ilk dəfə qatılan şagirdlərə uğurlar diləyirik.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl