• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar ( BIEA 2020) müsabiqəsində ölkəmizi təmsil edən komanda uğur qazanıb. Finalda yer tutan 12 komandadan biri də Azərbaycan komandası olub. Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov "Best Effort Award" nominasiyası üzrə yarışmanın ən yaxşısı seçiliblər. 2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.  Şagirdlərimizin nailiyyəti haqda məlumat xarici mətbuatda da (https://www.openpr.com/news/2080685/innovation-from-young-scientists-to-tackle-beach-plastic-waste) dərc olunub.   

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Sosial media hesablarının idarə edilməsi və rəqəmsal marketinq” istiqamətində təlimlər yekunlaşıb. "Code Academy" tərəfindən keçirilən təlimlər 10 gün davam edib. Onlayn şəkildə həyata keçirilən təlimlərin mövzusu peşə təhsili müəssisələrinin əməkdaşlarının sosial media hesablarından istifadəsi istiqamətində biliklərinin artırılması və rəqəmsal marketinqin əsasları, vacib prinsipləri, eləcə də onların tətbiqi qaydalarına istiqamətlənib.

Peşə təhsili üzrə teledərslərin 3 iyul  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 3 iyul  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Abituriyentlər üçün dərs vaxtı"nın 3 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  3 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Dərsliklərlə bağlı yeniliklər

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur. Ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək.  Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək. I siniflər üçün “Musiqi” və “Texnologiya”, V siniflər üçün “Fiziki tərbiyə”, “Rus dili (ikinci xarici dil)” və “İngilis dili (ikinci xarici dil)” dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi. I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif "Musiqi", V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb. Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq. Dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulur.

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

  İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start veriləcək. Məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsindən ibarətdir. Layihə çərçivəsində şagirdlər maraqlarına uyğun olaraq “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə  qoşula biləcəklər. Hər gün saat 15:00-da keçiriləcək tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunacaq. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu dərnək xidmətlərindən Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər faydalana bilərlər. Dərslərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdiriləcək və dərsləri təkrar izləmək imkanı yaradılacaq. Qeyd edək ki, yuxarıda adları qeyd olunan dərnəklərlə yanaşı “Virtual məktəb”də şagirdlər üçün yay tətili müddəti ərzində “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar davam etdiriləcək. Həmçinin yaxın müddətdə platformada riyazi təfəkkürün inkişafı üzrə onlayn yarışmalara start verilməsi də nəzərdə tutulur.

Duala bənzər peşə təhsili istiqaməti üzrə layihə çərçivəsində görüş

"Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin sonuncu görüşü keçirilib. Onlayn formatda təşkil edilən görüşdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, pilot peşə təhsili mərkəzlərinin nümayəndələri, pilot rayonların Məşvərət Şuralarının sədrləri, ED VET layihəsinin ekspertləri iştirak ediblər. Görüşdə layihə heyəti son hesabat dövründə görülən işlər, layihə müddətində qazanılan təcrübə barədə məlumatları bölüşüblər. Həmçinin pilot peşə təhsili müəssisələrinin və layihə çərçivəsində ərsəyə gələn Məşvərət Şuralarının sədrləri ED VET layihəsi sayəsində əldə etdikləri nailiyyətlər barədə iştirakçıları məlumatlandırıblar. Sonda müstəqil ekspertlər tərəfindən layihənin nəticələrinin qiymətləndirməsinin yekunu barədə təqdimat olub. Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində "Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH" tərəfindən icra olunur.

"Abituriyentlər üçün dərs vaxtı"nın 2 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  2 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

İyulun 1-də Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib. Konfransın mövzusu “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrasına həsr olunub.  Mətbuat konfransında xaricdə doktorantura təhsili üzrə cari vəziyyətə toxunulub. Dövlət Proqramı çərçivəsində  2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb. Ümumilikdə elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq edən 67 nəfərdən 45-i müsahibə mərhələsinə buraxılıb. Müsabiqə nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı müvafiq proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu prosesdə 9 yerli ali təhsil müəssisəsi tərəfdaş kimi iştirak edir. Qeyd edilib ki, 2020-ci ilin payız semestrindən xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulu açıq elan edilib və son müraciət tarixi 2 avqust 2020-ci ildir. Namizədlər elanla buradan tanış ola bilərlər. Konfrans çərçivəsində media nümayəndələrinə həmçinin ikili diplom proqramlarının icrasına dair cari vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ali təhsil standartlarının müasirləşdirilməsi məqsədilə ilkin mərhələdə Dövlət Proqramı çərçivəsində beş beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulur. Bu məqsədlə aşağıda göstərilən dörd ikili diplom proqramından ilk ikisi üzrə işlər yekunlaşdırılıb, digərləri üzrə isə yekunlaşmaq üzrədir. Həmin proqramlar üzrə növbəti tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək: ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təhsil” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı; ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “İnformasiya texnologiyaları” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı; Koreya Respublikasının “INHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin (BMU) “Mühəndislik” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı;  Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ADPU və CVU-nin “Təhsil” ixtisası üzrə magistratura proqramına növbəti sənəd qəbulu barədə elan verilib.  2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ayrıca imtahan təşkil ediləcək. İmtahanda bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə”, həmçinin “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslərin iştirakına icazə verilib. Namizədlər elanla buradan tanış ola bilərlər. Daha sonra UFAZ-da ilk dəfə magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanlarının nəticələrindən söz açılıb. Bildirilib ki, imtahanda uğurlu nəticə əldə edən 80 nəfər 2020-2021-ci tədris ili üçün bu ali təhsil müəssisəsinin magistratura səviyyəsində ödənişsiz əsaslarla təhsil almaq hüququ əldə edib. Ətraflı məlumatla buradan tanış olmaq mümkündür. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  Qeyd edək ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı I müsabiqənin nəticələrinə dair geniş statistika və göstərilən ikili diplom proqramları haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.  

Təhsil naziri Ceyhun Bayramovun Respublika fənn olimpiadalarının qaliblərinə təbriki

Əziz Respublika fənn olimpiadalarının qalibləri, Sizi qazandığınız uğur münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək təhsilinizdə sizə yeni nailiyyətlər arzu edirəm. Mövcud pandemiya şəraiti bir çox planlarımızın, görəcəyimiz işlərin təxirə düşməsinə səbəb oldu. Amma biz bu şəraitdən də müəyyən çıxış yolları tapdıq. Pandemiya dövründə yaşanan çətin günlərdə qazandığınız uğurlar bizi çox sevindirdi. Şübhəsiz ki, uğurlara sahib olmağınızda yüksək fədakarlıq göstərən müəllimlərimizin əməyi də danılmazdır. Bu günlərdə mövcud imkanlar səfərbər edildi, hər kəs təhsilimiz üçün böyük səy göstərdi. Ölkəmizin sizin kimi parlaq zəkaya sahib övladlarının olduğunu bilmək gələcəyə inamımızı daha da artırır. Mən çox şadam ki, siz bu günlərdə ruhdan düşmədiniz və daha da əzmlə çalışaraq böyük nailiyyət əldə etdiniz. Gələcək sizin ağlınızda, zəkanızda və çalışqanlığınızdadır. Hər birinizi bir daha qalib olmağınız münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı