SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbdənkənar təhsil müəssisəsi yetirmələrinin qalibiyyəti
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi "Sing at Home" 2020 ("Evdə oxu") onlayn beynəlxalq müsabiqəsində uğurla təmsil olunub.
Müsabiqə Beynəlxalq İtaliya Festival Assosiasiyası tərəfindən COVID-19 infeksiyası ilə bağlı onlayn şəkildə təşkil edilib. Məqsəd digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclər arasında dostluq münasibətlərini yaratmaq, istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.
Müsabiqəyə qatılan mərkəzin 13 dərnək üzvü "Vokal", "İnstrumental ifa" nominasiyaları üzrə qalibiyyət əldə ediblər. Nəticələrə əsasən, saz alətində "Naxçıvani" havasını uğurla ifa edən mərkəzin dərnək üzvü Kənan Gülməmmədov beynəlxalq münsiflər heyəti tərəfindən 100 balla qiymətləndirilərək "Qran-pri" mükafatına, nağara və mahnı ifalarına görə Mirelmir Seyidov və Cəmilə Məmmədli I, 4 nəfər II, 8 nəfər isə III yerə layiq görülüb.
Təşkilat Komitəsi tərəfindən müsabiqədə yer tutmuş 3 nömrəli Uşaq-Gənclər Mərkəzinin istedadlı dərnək üzvləri, eləcə də müsabiqəyə münsif kimi dəvət olunmuş mərkəzin direktoru Lalə Qəti və dərnək rəhbərləri diplomlarla təltif olunublar.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl