• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Media və təhsil dialoqu" təlimi yekunlaşıb

Sentyabrın 17-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" adlı maarifləndirici təlim öz işini yekunlaşdırıb.    Təlimin ilk günü Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Tədrisdə məzmun yenilikləri”, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Yeni tədris ilinə hazırlıq”, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Elçin Abıyev “Təhsil Nazirliyinin elektron xidmətləri”, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev “Portal.edu.az”, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu müsabiqəsi”, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.    Təlimin ikinci günü Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər", Beynəxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov "Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil", 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "2019-2023 Dövlət Proqramı üzrə xaricdə doktorantura təhsili", Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Yeni tədris ili öncəsi kommunikasiya", Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması", "Məktəblərdə inspeksiyaların aparılması", Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri",  "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin rəhbəri İlahə Rəsulova "İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər", "Məktəblinin dostu" layihəsinin əməkdaşı Səməd Rzazadə ""Məktəblinin dostu" layihəsi 2021-2022-ci tədris ilində"mövzularında təqdimatlarla çıxışlar ediblər.  Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.   Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.        

Masallı, Şəmkir və İmişlidə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad, Yardımlı, Astara, Lerik rayon və Lənkəran şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Institutun direktor müavini Ülkər Babayeva, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.       Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.    Konfransı giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın işinə uğurlar arzulayıb.   Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib, sonda təhsil işçilərinə uğurlar arzulayıb.   Tədbir Vətən müharibəsi iştirakçısı olan Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Cəmaləddin Məmmədov və Sığıncaq  kənd tam orta məktəbinin gənc müəllimi Elmira Şirinovanın çıxışları ilə davam edib.   Konfransda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayevanın “Təhsil sahəsində yeni innovasiyalar” barədə çıxışı dinlənilib.     Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.   *** Sentyabrın 17-də Şəmkir rayonunda təhsil işçilərinin sentyabr konfransları keçirilib.   Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Şəmkir rayon İcra Hakimiyyətinin Rəşad Tağıyev, Təhsil İnstitutunun nümayəndəsi Könül Nəhmətova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.     Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Konfransı giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin Rəşad Tağıyev konfransın işinə uğurlar arzulayıb və təhsilin inkişafı ilə bağlı tövsiyələrini bildirib.   Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin  müdir müavini İlhamə Abdullayeva konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib.    Təhsil İnstitutun nümayəndəsi Könül Nəhmətova “Müəlim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi” mövzusunda çıxış edib.   Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.   *** Sentyabrın 17-də İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Sabirabad, Saatlı və Beylaqan rayonlarının təhsil işçilərinin  sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva, bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər.   Konfrans Dövlət Himni səsləndirilməsi ilə başlayıb.   Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabtla çıxış edib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Konfransda iştirak edən bölgələrin ötən tədris ili üzrə fəaliyyətləri geniş təhlil edilib, məktəb idarəetməsinin prioritetləri barədə danışılıb, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs olunub.   Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması və digər məsələlər barədə çıxış edib.    Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Məzrəli kənd tam orta məktəbin tarix müəllimi Asim Nərimanovun və Hacalmuradlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülgün Rzayevanın çıxışı ilə davam edib.   Konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.  

Yeni işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı davam edir

Yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir.   Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.   Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.   Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin təqdimatında “Valideynlərlə əməkdaşlıq üsulları”, “Şagirdlərlə işin təşkili”,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, həmçinin dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.   Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: ttps://forms.gle/PJu8G8iefYtuzr3n7

"Media və təhsil dialoqu" təliminin II günü 

Sentyabrın 17-si Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin II günüdür.    Təlimin II  günü "Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər", "Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil", ""2019-2023 Dövlət Proqramı" üzrə xaricdə doktorantura təhsili", "Peşə təhsili", "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması", "Məktəbdə inspeksiyaların aparılması", "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri", "İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər", ""Məktəblinin dostu" layihəsi 2021-2022-ci tədris ilində" mövzularında təqdimatlar olacaq.   Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.   Təlim işini davam etdirir.  

Yardımlı, Ağcabədi və Mingəçevirdə məktəb açılışları

Sentyabrın 16-da Yardımlı rayonu V.M.Nəciyev adına şəhər 4 nömrəli tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.    Açılış mərasimində  Təhsil İnstitutunun  direktoru  Rüfət Əzizov, Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə  iştirak edib.    Bildirilib ki,  yeni inşa edilmiş məktəb 180 yerlikdir.  10 sinif otağından ibarət təhsil müəssisəsində 2 laboratoriya, 4 fənn kabineti, 72 yerlik akt zalı, idman zalı,  idman meydançası,  kitabxana, tibb otağı,  bufet fəaliyyət göstərəcək. Məktəb müasir istilik və  işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir  qazanxana sistemi quraşdırılıb. Cari tədris ilində məktəbdə 160 şagirdin təhsil alacağı planlaşdırılıb. Məktəbdə 20 pedaqoji, 13  texniki işçi çalışır.   Yardımlı rayonunda 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəb olmaqla 80 təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.    Açılış mərasimindən sonra qonaqlar məktəbdə  yaradılmış  şəraitlə yaxından  tanış olublar.   *** Sentyabrın 16-da Ağcabədi rayon T.Əliyeva adına Xocavənd kənd 2 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva,   Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov iştirak edib. Bildirilib ki, yeni tikilmiş məktəb 180 şagird yerlikdir.  11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  2 laboratoriya, 2 texnologiya,  1 informatika və gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.   ***   Sentyabrın 16-da  Mingəçevir şəhərində V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəb üçün əsaslı təmir olunmuş tədris binasının açılış mərasimi keçirilib.  Açılış mərasimində Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin Llisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Mingəçevir şəhər Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Cəbiyev və məktəb direktoru iştirak edib.   Bildirilib ki,yeni təmir olunmuş məktəb 450 şagird yerlikdir.23 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya ,4 fənn kabineti , məktəbəhazırlıq otağı ,78 yerlik akt zalı , idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib , həyətində müasir qazanxana sistemi quraşdırılmışdır.   2021- 2022 -ci tədris ilində təhsil müəssisəsində 426 şagird, məktəbəhazırlıq qrupunda isə 34 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 46 nəfər pedaqoji ,18 nəfər texniki işçi çalışır. Mİngəçevir şəhərində 19 tam orta məktəb , 2 lisey , 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.   Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.    

"Media və təhsil dialoqu" təliminin ilk günü başa çatıb

Sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" adlı maarifləndirici təlimin ilk günü öz işini yekunlaşdırıb.    Təlimdə təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu sayəsində müəllim peşəsinə marağın artması, yeni dərsliklərin hazırlanmasında ictimai rəyin nəzərə alınması kimi məqamlara toxunub.    Təlimin əhəmiyyətindən söz açan nazir müavini çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.    Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin departament direktoru Rüstəm Əbülfətoğlu media və təhsilin oxşar və fərqli cəhətlərindən danışıb. Qeyd edib ki, media və təhsil sistemi şəxsiyyətin formalaşmasında vacib rol oynayır.    Günün birinci yarısında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Tədrisdə məzmun yenilikləri”, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Yeni tədris ilinə hazırlıq”, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Elçin Abıyev “Təhsil Nazirliyinin elektron xidmətləri”, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev “Portal.edu.az” mövzularında təqdimatlarla çıxış ediblər.  Günün ikinci yarısında “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu müsabiqəsi”, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.  Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.   Təlim sentyabrın 17-də işini davam etdirəcək.    

Peşə təmayüllü siniflər- 2021/2022-ci tədris ilində

2021-2022-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilib. Siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb.    Yeni siniflərin təşkili ilə layihə minimum 2200 şagirdi əhatə edəcək. Həmçinin, yeni tədris ilindən bütün peşə təmayüllü siniflərdə “Sürücülük” və “STEAM” modulunun, 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilməsi nəzərdə tutulub.

Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 16-da Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ağcabədi rayon Bayraq Muzeyinin inzibati binasında keçirilən Ağcabədi, Ağdam, Füzuli, Laçın, Tərtər və Xocavənd rayonları üzrə  təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva,  10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbər işçiləri, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş nitqi ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov konfransın işinə uğurlar arzulayıb. Daha sonra Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev və gənc müəllim Əsmər Mehtiyeva  çıxış ediblər. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər. Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.     ***   Şirvan şəhər Gənclər Evinin  inzibati binasında keçirilən  Şirvan şəhər, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl və Neftçala rayon  təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Şirvan  şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.       Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Konfransı giriş nitqi ilə açan Şirvan  şəhər İcra Hakimiyyətinin  Başçısı İlqar Abbasov konfransın işinə uğurlar arzulayıb.   Daha sonra nazirliyin əməkdaşı Firidun Həmzəyev konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər, buraxılış imtahanlarında göstərilən nəticələrə və nöqsanlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunulub. Sonda Firidun Həmzəyev təhsil işçilərinə uğurlar arzulayıb.   Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Şirvan  şəhər  S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kamal   Həsənov   və B.Aslanov adına 16  nömrəli tam orta məktəbin gənc müəllimi Nailə  Əliyevanın çıxışları ilə davam edib.   Konfransda Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin “Məktəb idarəetməsinin prioritetləri” barədə çıxışı dinlənilib.     Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi

Sentyabrın 16-dan xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil ediləcək.   Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələrə 80 namizəd dəvət edilib. Müsahibəyə zamanı namizədlərin biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

"Media və təhsil dialoqu" təlimi öz işinə başlayıb

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.   Təlimin ilk günü "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər", "Tədrisdə məzmun yenilikləri", "Yeni tədris ilinə hazırlıq", "Təhsil nazirliyinin elektron xidmətləri", "Portal.edu.az", "STEAM layihəsi", "Rəqəmsal bacarıqlar yeni tədris ilində", "Müəllimlərin işə qəbulu müsabiqəsi" və "Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı"mövzularında təqdimatlar olacaq.   Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.   Təlim işini davam etdirir.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı