SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Media və təhsil dialoqu" təliminin II günü
Sentyabrın 17-si Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin II günüdür.
Təlimin II günü "Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər", "Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil", ""2019-2023 Dövlət Proqramı" üzrə xaricdə doktorantura təhsili", "Peşə təhsili", "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması", "Məktəbdə inspeksiyaların aparılması", "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri", "İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər", ""Məktəblinin dostu" layihəsi 2021-2022-ci tədris ilində" mövzularında təqdimatlar olacaq.
Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Təlim işini davam etdirir.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl