SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 16-da Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Ağcabədi rayon Bayraq Muzeyinin inzibati binasında keçirilən Ağcabədi, Ağdam, Füzuli, Laçın, Tərtər və Xocavənd rayonları üzrə təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbər işçiləri, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev və gənc müəllim Əsmər Mehtiyeva çıxış ediblər. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.
Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
***
Şirvan şəhər Gənclər Evinin inzibati binasında keçirilən Şirvan şəhər, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl və Neftçala rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə açan Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov konfransın işinə uğurlar arzulayıb.
Daha sonra nazirliyin əməkdaşı Firidun Həmzəyev konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər, buraxılış imtahanlarında göstərilən nəticələrə və nöqsanlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunulub. Sonda Firidun Həmzəyev təhsil işçilərinə uğurlar arzulayıb.
Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kamal Həsənov və B.Aslanov adına 16 nömrəli tam orta məktəbin gənc müəllimi Nailə Əliyevanın çıxışları ilə davam edib.
Konfransda Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin “Məktəb idarəetməsinin prioritetləri” barədə çıxışı dinlənilib.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl