• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni tədris ilinin dərslikləri

2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.   Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.   Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.   Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.   Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

Nazir müavini Firudin Qurbanov Sumqayıtda yeni məktəb binasının açılışında iştirak edib

Sentyabrın 20-də Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.   Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Arzu Alızadə iştirak edib.    Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.   Açılış mərasimində giriş nitqi ilə çıxış edən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhəri üzrə 2020-2021-ci tədris ilində əldə edilən yüksək nəticələri iştirakçıların diqqətinə çatdırıb.   Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə məktəb infrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından söz açıb.    Bildirilib ki,  yeni tikilmiş məktəb 1800 şagird yerlikdir.  73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Məktəbdə 112 nəfər pedaqoji işçi fəaliyyət göstərir. Yeni tədris ilində 2500-ə yaxın şagird sözügedən məktəbdə təhsil alacaq.   Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 

“Təhsil avtobusu – Qayıdış” layihəsində 200-ə yaxın qarabağlı şagird iştirak edib

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq V dəfədir ki həyata keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsi başa çatıb.   Layihə çərçivəsində “Təhsil avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edib. Layihədə Qarabağın 53 məktəbindən zəif və orta göstəriciyə malik 6-9-cu siniflərdə təhsil alan 198 şagird Qarabağa aid mövzu istiqamətlərində 50-ə yaxın akademik saat həcmində olan təlim, tədris proqramı və intellektual yarışların iştirakçısı olub.   Qarabağlı şagirdlərin yaşadığı və təhsil aldığı rayonlarda keçirilən layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.   Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

9 illikdən kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

9 illik bazadan kolleclərə qəbul olunan abituriyentlərin onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi 22 sentyabr saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.   Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.   Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.

Peşə üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu davam edir

2021-2022-ci il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesinin qeydiyyat mərhələsi davam edir. Son müraciət tarixi 21 sentyabr 23:59-dur. Namizədlər https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  qeydiyyatdan keçməlidirlər.   Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.   Qeyd edək ki, peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:   · İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;   · İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat prosesi uzadılıb

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.   Qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılmışdır. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.   Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.   Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.   Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.   Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir.   Dövlət İmtahan Mərkəzi

Peşə üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üçün müraciət müddəti uzadılıb

2021-2022-ci il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesinin qeydiyyat mərhələsi 21 sentyabr tarixinədək uzadılıb. Son müraciət tarixi 21 sentyabr 23:59-dur. Namizədlər https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  qeydiyyatdan keçməlidirlər.   Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.   Qeyd edək ki, peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:   İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;   İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

15-17 sentyabrda keçirilən vakansiya seçimlərinin nəticələri

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri açıqlanıb.       Vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Cari vakansiya seçimlərində 871 namizəd vakant yer tutaraq ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Qeyd olunan namizədlər 21 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.    Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.   Qeyd edək ki, müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin növbəti mərhələdə tədris ili ərzində yaranan vakant yerlərə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Ağstafa, Masallı və Sabirabadda məktəb açılışları

Sentyabrın 17-də Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbinin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.                Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov iştirak edib.   Bildirilib ki, Sadıqlı kənd tam orta məktəbinin inşasına 2020-ci ilin dekabrında başlanılıb. İki mərtəbəli məktəb binası dörd korpusdan ibarətdir. 360 nəfər şagird yerlik olan məktəbin geniş sinif otaqları, laboratoriyaları, akt zalı, yeməkxana, kitabxana və oxu zalı, informatika kabineti, hərbi hazırlıq kabineti, sanitar qovşaqlar, qapalı və açıq  idman zalı var. Həmçinin məktəbəhazırlıq qrupları üçün xüsusi kabinetlər yaradılıb. Sadıqlı kənd tam orta məktəbində 47 nəfər müəllim, 18 nəfər texniki işçi çalışır.    Açılışdan sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. ***   Sentyabrın 17-də Sabirabad rayonu Türkədi kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.   Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.   Bildirilib ki, yeni məktəb binası 264 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.   Açılışdan sonra məktəblə tanışlıq olub.  *** Sentyabrın 17-də Masallı rayonu Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib. Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 28 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq otağı, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb. 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 539 şagird, məktəbəhazırlıq qrupunda isə 40 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 41 nəfər pedaqoji, 23 nəfər texniki işçi çalışır. Masallı rayonunda 66 tam orta, 26 ümumi orta, 3 ibtidai olmaqla, ümumilikdə 95 ümumi təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.  

“Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 24-də “Nizami Gəncəvi İli"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.    Konfrans Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar  Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin partnyorluğu ilə baş tutacaq.    Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil ediləcək tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunacaq.    Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunacağı beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasıya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edəcək. Eyni zamanda, konfransda “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.    Konfransın işinə UNİCEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir. Beynəlxalq spikerlər “Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü Sənaye İnqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaslıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.    Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı