• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Uşaq-gənclər idman məktəblərinin yetirmələri uğurlu nəticələr əldə edib

11-19 sentyabr 2021-ci il tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında cüdo və karate idman növləri üzrə yarışlar başa çatıb. Həmin oyunlarda Azərbaycan yığma komandasının tərkibində ölkəmizi təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin cüdo idman növü üzrə idmançıları Həsən Qurbanlı 34 kq, Əhməd Rüstəmov 46 kq, Hüseyn Eyvazlı 66 kq çəki dərəcələrində III yerə layiq görülüb. Karate idman növü üzrə yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli Ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən Ramilə Heydərova, Orxan Musayev II yeri, “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançılarından Pərvin Hüseynzadə II yeri, Sunay Kazımlı, Cavidan Cəlilzadə III yeri tutub.

Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Sentyabrın 15-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri  Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisi arasında təhsil sahəsində mümkün gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qobustan, Yevlax, Hacıqabul, Xaçmaz və Ağdamda məktəb açılışı

Sentyabrın 15-də Xaçmaz rayonu Qımılqışlaq kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, əsaslı təmir olunmuş məktəb 480 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 60 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. ***   Sentyabrın 15-də Qobustan rayonu Sündü kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.  Açılış mərasimində Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Qobustan rayon Təhsil Şöbəsinin müdiri Tahir Səbzalıyev və məktəb direktoru iştirak edib.  Bildirilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir.  15 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 177 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.  *** Sentyabrın 15-də Ağdam rayonu Zəngişalı kənd tam orta məktəbinin bərpa-gücləndirmə və əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib.  Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil Şöbəsinin müdir əvəzi Bayram Məmmədov iştirak edib.   Bildirilib ki, sözügedən məktəb 640 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 168 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.  2021-2022-ci tədris ilində təhsil müəssisəsində 314 şagird, məktəbəhazırlıq qrupunda isə 15 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 41 nəfər pedaqoji, 22 nəfər texniki işçi çalışır. Ağdam rayonunda 1 məktəb- lisey, 117 tam orta, 17 ümumi orta və 1 ibtidai olmaqla, ümumilikdə 135 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.   *** Sentyabrın 15-də Yevlax rayonu Qoyunbinəsi kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, Yevlax rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, məktəb direktoru iştirak edib. Bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir.  17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 214 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.   ***   Sentyabrın 15-də Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəbin əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının müavini Xuraman Məmmədova, Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov iştirak edib.  Bildirilib ki, məktəb 864 şagird yerlikdir. 35 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 120 yerlik akt zalı, 2 idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 585 şagird, məktəbəhazırlıq qrupunda isə 47 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Yeni dərs ilində məktəbdə peşə təmayüllü X sinfin yaradılması nəzərdə tutulub. Təhsil müəssisəsində 42 nəfər pedaqoji, 13 nəfər texniki işçi çalışır. Hacıqabul rayonunda 30 tam orta, 3 ümumi orta olmaqla, ümumilikdə 33 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Xaçmaz, Yevlax, Şəki və İsmayıllıda təhsil işçilərinin sentyabr konfransları

Sentyabrın 15-də Xaçmaz, Yevlax, Şəki və İsmayıllıda təhsil işçilərinin sentyabr konfransları keçirilib.    Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının təhsil işçilərinin sentyabr konfransında təhsil nazirinin müşaviri Elnur Əliyev, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.   Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.    Təhsil nazirinin müşaviri Elnur Əliyev qeyd edilən bölgələr üzrə 2020-2021-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə uğurlar arzulayıb. Konfransda ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılmasının üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə və digər məsələlər barədə müzakirələr aparılıb, təhsil işçilərinin sualları cavablandırılıb.   Konfrans iştirakçıları ümumi təhsilin prioritet istiqamətləri, sertifikasiya, ümumi təhsilin təşkili və idarə olunması istiqamətlərində məlumatlandırılıb.   Konfrans müzakirələrlə davam etdirilib.    ***   Sentyabrın 15-də İsmayıllı şəhər Mədəniyyət Sarayında keçirilən İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin Sevil Əhmədova, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Təhsil İnstitutu (ARTİ), Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.    Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.    Konfransı giriş nitqi ilə açan İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev konfransın işinə uğurlar arzulayıb.    Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.   Konfrans çərçivəsində təhsildə innovasiyalar, müəllim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi, məktəbdaxili qiymətləndirmənin təşkili və digər məsələlər barədə məlumat verilib.    Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.     ***   Sentyabr 15-də Yevlax şəhəri Mərkəzi Mədəniyyət Evində Yevlax, Mingəçevir, Ağdaş və Bərdə təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.   Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Konfransda Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayevin adıçəkilən bölgələrin ötən tədris ili üzrə fəaliyyəti barədə, Təhsil İnstitutunun əməkdaşı Könül Nəhmətovanın  əlavə təhsil və ixtisasartırma kurslarının təşkili barədə çıxışları dinlənilib.   Konfrans müzakirələrlə davam etdirilib.    ***   Sentyabrın 15-də Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Şəki şəhəri Heydər Əliyev Mərkəzində keçirilən konfransda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov, Təhsil İnstitutunun əməkdaşı Mənsur Məhərrəmov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.   Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Konfransı giriş nitqi ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov adıçəkilən rayonların ötən tədris ili üzrə fəaliyyətini əks etdirən hesabatla çıxış edib. Elçin Kərimov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.   Təhsil İnstitutunun əməkdaşı Mənsur Məhərrəmov təhsil proqramlarının və tədris resurslarının təkmilləşdirilməsi istiqamətində riyaziyyat fənninə və təbiət fənlərinin tədrisinə diqqətin artırılması və digər məsələlər barədə çıxış edib. Mövzu ətrafında təhsil işçilərinin suallarını cavablandırıb.   Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

“Media və təhsil dialoqu” çərçivəsində təlim keçiriləcək

16-17 sentyabr 2021-ci il tarixlərində Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək.   Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.   Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə yeni tədris ilinə dair təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaq.

“Təhsil avtobusu – Qayıdış” layihəsi Ağcabədi, Bərdə və Gəncədə

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Qayıdış” layihəsi Ağcabədi, Bərdə və Gəncədə olub.   Ağcabədi və Bərdədə Ağdam, Şuşa, Xocavənd, Gəncədə isə Xocalı, Xankəndi və Kəlbəcər rayonlarından olan məktəblilər layihəyə qoşulublar.   Layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.   Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.   Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 nəfərdən çox şagird əhatə ediləcək.   “Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, SABAH qrupları, Edumap Təhsil portal tərəfdaşlığı ilə keçirilir.   “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur və 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbi nəticəsində 8500 km yol qət edilib, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsindən 750-dən çox şagird cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apellyasiya mərhələsi başlayır

Peşə təhsil müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya apellyasiya müraciətlərinə baxılması üçün 15-17 sentyabr tarixlərində fəaliyyət göstərəcək.   15 sentyabrdan etibarən müraciətçilər həm elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə, həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə (ünvan: Binəqədi rayonu, Koroğlu Rəhimov 70) yaxınlaşaraq birbaşa Apellyasiya Komissiyasına öz müraciətlərini ünvanlaya bilərlər. Komissiyaya yerində müraciət edə bilməyən şəxslər qeyd edilən tarixlərdə office@vet.edu.gov.az elektron poçt ünvanına müraciətlərini yazılı məktubla göndərə bilərlər.   Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir: 1. Şəxsi kabinetə daxil olunur; 2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir; 3. “Müraciət et” bölməsinə daxil olunur; 4. Şəxsi məlumatlar daxil edilir; 5. Əvvəlki təhsil məlumatları daxil edilir; 6. Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir; 7. Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.   Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Apellyasiya Komissiyası 15-17 sentyabr tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Göstərilən saatlar daxilində vətəndaşların müraciətlərinə yerində baxılacaq.   Office@vet.edu.gov.az elektron poçt ünvanına 15-17 sentyabr tarixində edilmiş apellyasiya müraciətləri komissiya tərəfindən cavablandırılacaq. Müraciət göndərərkən mütləq ad, soyad, ata adı və əlaqə nömrəsi qeyd olunmalıdır.   Qeyd edək ki, hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 17 sentyabr tarixinədək sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidir.   Apellyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilər. Daha əvvəl hər hansı peşə təhsil müəssisəsinə qəbul olunan və sənədlərini təsdiq edən şəxslər ixtisas dəyişdirilməsi məqsədilə müraciət edə bilməzlər.

Müddətli müqavilə ilə növbəti vakansiya seçimi başlayır

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə 15 sentyabr saat 11:00-da start veriləcək.   17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.   Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.   Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Yeni tədris ilində 158 608 şagird I sinfə gedəcək

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.   Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.   Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.    Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.   2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Ağdaş və Balakəndə məktəb açılışı

Sentyabrın 14-də Ağdaş rayonu Orta Ləki kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.    Açılış mərasimində Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Ağdaş rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Novruzova, Ağdaş rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva iştirak edib.   Bildirilib ki, yeni tikilmiş məktəb 480 şagird yerlikdir.  23 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya,  informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 195 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.   Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.    ***   Sentyabrın 14-də Balakən rayonu Gərəkli kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.   Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Təhsil Nazirliyinin əməkdaşları, Balakən Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev iştirak edib.   Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 5 fənn kabineti, məktəbəhazırlıq otağı, 72 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.   2021-2022-ci tədris ilində təhsil müəssisəsində 235 şagird, məktəbəhazırlıq qrupunda isə 22 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 34 nəfər pedaqoji, 15 nəfər texniki işçi çalışır. Balakən rayonunda 35 tam orta, 9 ümumi orta, 4 ibtidai olmaqla, ümumilikdə 48 ümumi təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.   Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı