• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaş müraciətlərinin qəbulu - İndi daha rahat

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması çərçivəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Elektron Ərizə Sisteminə yeni funksiya əlavə edib. Belə ki, vətəndaş müraciətlərinin qəbulu üçün Elektron Ərizə Sistemində (apply.enic.edu.az) ismarıc qutusu yaradılaraq istifadəyə verilib. İsmarıc qutusunun təsis edilməsində əsas məqsəd vətəndaşlar tərəfindən Agentliyə sorğu göndərilməsini asanlaşdırmaq və operativ qaydada cavablandırmaqdır.

 

Elektron Ərizə Sistemində xarici diplomların tanınması məqsədilə qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, hər bir vətəndaş ismarıc qutusundan istifadə etməklə öz müraciətini Agentliyə ünvanlaya bilər. Yaradılmış funksiya müraciətin növünü və mövzusunu seçməklə, vətəndaşlara xarici diplomların tanınması ilə bağlı suallarını, şikayətlərini və ya təkliflərini Agentliyə bildirmək imkanı təqdim edir.

 

Müraciət edilən zaman vətəndaşlardan aktiv elektron poçt ünvanı və əlaqə nömrəsi istənilir ki, bu da daxil olan müraciətlərin təhlili zamanı zərurət yarandığı halda Agentliyin əməkdaşlarına müraciət sahibi ilə yerində əlaqə yaratmağa imkan verəcək.


3 il əvvəl