• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin birinci mərhələsi başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib. Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.

 

Adaptasiya proqramı çərçivəsində “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilib. Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.

 

Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 30 baldan daha çox olan namizədlər dəvət olunacaq.

 

Təhsil Nazirliyi müsahibələrin birinci mərhələsində uğur qazanaraq işə qəbul olunmuş direktorları təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!


3 il əvvəl