• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nobel Sülh mükafatçısı Məhəmməd Yunus ilə yeni çağırışlar

Yanvarın 26-da yayımlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunus olub. Proqramda təhsilin məqsədi, cəmiyyətin inkişafındakı rolu, insan potensialının və təşəbbüskarlıq bacarıqlarının inkişafı, təhsil prosesində dəyişilməsi vacib olan məqamlar, ictimai məsuliyyət barədə fikir mübadləsi aparılıb. Professor Nobel mükafatına aparan addımlar barədə danışıb, qobal uğur qazanmaq istəyən şəxslərə tövsiyələr verib.   Proqramın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsiminin “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını professor bu cür cavablandırıb: “Guşələrin ən birincisi özünü kəşf ilə əlaqəlidir. Siz özünüzü kəşf etməlisiniz. Kiməm? Amalım nədir? Nə istəyirəm? Cəmiyyətə necə töhfə verə bilərəm? Daha sonra dünyanı kəşf etməli, dünyanı tanımalısınız. Dünya nədən ibarətdir? Hara gedir? Beləcə, sizin missiyanız formalaşacaq. Üçüncüsü, siz mütləq xəyal etməlisiniz. Bu bizim digər canlılardan fərqimizdir.  Dördüncü isə guşə çərçivələri aşmaqla əlaqəlidir. Çərçivələri aşın. Çərçivədən kənar düşünməkdən çəkinməyin, cəsarətli olun. Özünüzəməxsus yolunuz olsun. Yoxsa ki, külək sizi istədiyi yerə, naməlum yerlərə aparacaq. Unutmayın ki, hədəfi biləndə daha uğurlu olursunuz.  Digər guşə öhdəliklə əlaqəlidir. Siz öhdəlik götürməli, mümkün olmayanı mümkün etməlisiniz.  Növbəti guşə iz buraxmaq və dəyişiklik üçün edilən səylərdir.  Biz dünyada yaxşı iz buraxmalıyıq. Biz vəziyyəti dəyişməli, dünyanı daha yaxşı yerə çevirməliyik. Bu öhdəliyi digər nəsillərə, öz övladlarımıza aşılamalıyıq. Deməli, yeddinci guşəni övladlarımıza aşılayacağımız öhdəlik formalaşdırır. Övladlarımızı da öhdəlik götürəcək insanlar olaraq yetişdirməliyik. 8 guşəli ulduzu tamamlayan digər məsələ inanmaqdır. Biz inanmalıyıq ki, qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik”.    Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Yeni çağırışlar” proqramını izləyənlər çoxsaylı şərhlərlə proqramın maraqlı və faydalı olduğunu vurğulayıblar.   Qeyd edək ki, Məhəmməd Yunus sadəcə öz ölkəsi Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb. Neçə-neçə dövlət mükafatlarına, fəxri adlara layiq görülən professor "Grameen" bank daxil olmaqla, 50-dən çox şirkətin yaradıcısıdır. Yaratdığı “Yunus centre” vasitəsi ilə müxtəlif təşəbbüsləri dəstəkləyir, insanların təhsil imkanlarının inkişafı üçün çalışır. Professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, müxtəlif ölkələrdən olan insanların təhsilini dəstəkləyir.   "Yeni çağırışlar” onlayn müzakirə proqramı Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Onlayn müzakirə proqramının ayda iki dəfə yayımlanması nəzərdə tutulur. Proqramın ilk qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu Sal Khan olub.

Dövlət Proqramı məzunundan növbəti təlim

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir. 29 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Süni intellekt və oyunlar” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Kanadanın Toronto Universitetində kompüter elmləri ixtisasından bakalavriat səviyyəsi üzrə məzun Vüqar Məmmədlidir.   Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://forms.gle/D2GY4FBoovKWBFan7 qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

"Mənim büdcəm" təlim proqramı yekunlaşıb

"Virtual məktəb"də “Mənim Büdcəm” təlim proqramını uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub.   Təlimlərin keçirilməsində əsas məqsəd şagirdlər arasında maliyyə savadlılığını təşviq etmək olub. Belə ki, təlim çərçivəsində şagirdlər pul, gəlir, maaş, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələniblər. Təlimin bütün sessiyalarında iştirak edən və imtahanda 60 faizdən yuxarı nəticə göstərən şagirdlər sertifikatla təltif olunublar.   Qeyd edək ki, əyləncəli və interaktiv yollarla həyata keçirilən təlim proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi ilə birgə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib.

Məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.   Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tələbələr üçün "Təhsil kartı"

Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra ali təhsil müəssisəsində tətbiq olunan “Təhsil kart”ları Naxçıvan Dövlət Universitetinin tələbələrinə də təqdim edilib. Layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və “Naxçıvanbank” ASC dəstəyi, Naxçıvan Dövlət Univesitetinin təşəbbüsü ilə həyata keçirilib.   Sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə rahat şəkildə əldə edəcəklər.  Təhsil kartını təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkündür. Gələcəkdə təhsil kartının imkanları daha da genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər.   Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 8 ali təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq yeni təhsil müəssisələrinin qoşulması nəzərdə tutulur.

"Qış onlayn yarışma"sının qalibləri elan olunub

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində dekabrın 25-də başlayan proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn yarışma”sının qalibləri bəlli olub.   Ümumi təhsil müəssisələrinin 8-15 yaş arası məktəbliləri üçün nəzərdə tutulan yarışma şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda, proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.   Məktəblilərin marağına səbəb olan yarışmaya ölkə üzrə bütün bölgələrdən 18 minə yaxın şagird qoşulub. Yarışmanın süjetinə əsasən, 3-6 nəfərlik komandalar şəklində yarışmada iştirak edən şagirdlər 31 dekabr tarixinədək qarşıdan gələn yeni ili pandemiyadan xilas etməli, bunun üçün isə yarışmanın mərhələlərindən uğurla keçməli idilər. Yarışmanın ilkin mərhələsi test tapşırıqlarının düzgün həll edilməsi olub. Bu mərhələdən 636 şagird müvəffəqiyyətlə keçərək sertifikatla təltif olunub.   Növbəti mərhələdə şagirdlər yaradıcılıq bacarıqlarını nümayiş etdirib və yekun mərhələyə keçən finalçılar öz layihələrini yaradaraq təqdim ediblər. Nəticədə, aşağıda adları qeyd olunan 3 komanda yarışmanın qalibləri elan olunublar:   I yer - "6ч" komandası, Bakı şəhəri 18 nömrəli tam orta məktəb; II yer - "Nizami" komandası, Gəncə şəhəri 4 nömrəli tam orta məktəb və Bakı şəhəri Anadolu Liseyi; III yer - "Xaker" komandası, Bakı şəhəri "Tərəqqi" liseyi. Qalib komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, 120 000-dək şagirdi əhatə edir.

Növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulunun son günü

Yanvarın 27-də 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatır.   Namizədlər bu gün saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.   Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

"Söz dünyasının günəşi" onlayn yaradıcılıq müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 25 yanvar – 5 mart tarixlərini əhatə edən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Söz dünyasının günəşi” adlı onlayn yaradıcılıq müsabiqəsinə start verilib.   Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd böyüməkdə olan gənc nəslə Nizami Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətmək, təhsilalanlara klassik şərq şeiri olan qəsidə, qəzəl və rübai şəkillərini sevdirmək, onların yaradıcılıq potensiallarını və bədii qiraət qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.            Onlayn platformada təşkil olunan müsabiqə 2 yaş qrupu (10-15, 16-24) üzrə keçirilir. Müsabiqəyə dahi şairin şeir (qəzəl, qəsidə, rübai) və poemalarından seçilmiş kiçik həcmli parçalar təqdim olunmalıdır. Hazırlanan videogörüntülər aydın və keyfiyyətli olmalı, çıxışların müddəti 3-4  dəqiqədən çox olmamalıdır. Müsabiqəyə hər yaş qrupu üzrə 1 iştirakçı 1 şeir və ya parça ilə qatıla bilər. İfa zamanı iştirakçıların səhnə mədəniyyəti, aydın intonasiyası, düzgün tələffüzü, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadəsi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.   Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı və məşğul olduğu müəssisənin adı, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları videogörüntüləri grbye@mk.edu.az elektron ünvanına və ya (+994) 55 539 55 22 WhatsApp telefon nömrəsinə göndərməlidir.   Müsabiqə qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.   Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19, (+994) 55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

"eTwinning Plus" layihəsi çərçivəsində müəllimlər üçün təlimatlar

Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 40 avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.   Cari ildə pandemiya səbəbindən layihəyə yeni qoşulan müəllimlər üçün əyani təlimlərin keçirilməsi mümkün olmayıb. Buna baxmayaraq, müəllimlərin platformadan rahat istifadəsini təmin etmək məqsədi ilə layihənin rəsmi internet səhifəsində müəllimlər üçün ətraflı videotəlimatlar təqdim olunur. Müəllimlər saytın “Təlimatlar” bölməsinə daxil olaraq bu videolardan faydalana bilərlər - https://etwinningplus.edu.az/instruction. Həmçinin, layihə ilə bağlı sual və ya çətinlik yaranarsa, etwinning@tsii.edu.az e-poçt ünvanına müraciət etmək mümkündür.   Qeyd edək ki, bugünədək ölkə üzrə 853 məktəbdən 2853 müəllim “eTwinning”-ə qoşulub və 3500-ə yaxın təhsil layihəsinin reallaşdırılmasında iştirak edib. Layihə çərçivəsində hər il regional və beynəlxalq konfranslar təşkil olunur. Bu konfranslar zamanı yerli müəllimlər xarici həmkarları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etmək şansı qazanır. 2020-ci ildə müəllimlər üçün təşkil olunan 51 onlayn təlimdə 1024 müəllim, 6 canlı təlimdə isə 107 müəllim iştirak edib. Bununla yanaşı, Avropalı mütəxəssislər tərəfindən onlayn formada təşkil olunan 10 307 təlimdə Azərbaycandan 547 müəllim iştirak edib.

Media nümayəndələrinin nəzərinə!

27 yanvar saat 11:00-da Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda onlayn seminar keçiriləcək.   Seminarda iştirak üçün qeydiyyat prosesi bu gün  başa çatır. İştirak etmək istəyən media nümayəndələrindən bu gün  saat 18:00-dək müvafiq link vasitəsilə (https://bit.ly/369Vrfu) qeydiyyatdan keçmələri xahiş olunur.   Qeyd edək ki, onlayn seminara dair keçid yalnız qeydiyyatdan keçmiş  media nümayəndələrinə göndəriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı