• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Rusiyada təhsil imkanı

Rusiya Federasiyası 2021-2022-ci tədris ili üzrə “Study in Russia” təqaüd proqramı elan edir.   Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.   Təqaüd proqramına müraciət üçün son tarix 20 fevral 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

"Virtual məktəb"də dərs zamanı kənar səsləri necə idarə etmək olar? -videotəlimat

“Virtual məktəb"də görüş zamanı kənar səslər dərs prosesinə mane olursa, təqdim etdiyimiz videotəlimatı izləməklə bu problemi aradan qaldıra bilərsiniz.  

Beynəlxalq Təhsil Gününə həsr olunmuş tədbir

Yanvarın 25-də Beynəlxalq Təhsil Günü münasibətilə onlayn tədbir keçirilib.   Təhsil və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının təşəbbüsü ilə baş tutan tədbir “COVID-19” pandemiyası dövrünü yaşamış nəsil üçün təhsilin bərpası və dirçəldilməsi” mövzusunda keçirilib.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, keçən il həm də yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə çağırışlardan biri də pandemiya ilə əlaqəlidir. “COVID-19” pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir vəziyyət yaradıb, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib.   Firudin Qurbanov təəssüf hissi ilə qeyd edib ki, pandemiya təlim-tədris prosesinə əhəmiyyətli dərəcədə təsir edərək ənənəvi təhsilin geniş miqyasda pozulmasına, məktəblərin bağlanmasına, ömürboyu öyrənmə üzrə proqramlara mənfi təsir edib. Bu bir daha göstərdi ki, dəyişən dünyada təhsil mobil transformasiyaya hazır olmalıdır.   Nazir müavini pandemiyanın yaratdığı yeni reallıqlara uyğunlaşmaq, təhsilin davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və keçirilməkdə olan müvafiq tədbirlər barədə də danışıb. Firudin Qurbanov vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, texniki imkanlar hesabına məsafədən olsa da uşaqların bilik alma imkanları var. Firudin Qurbanovun sözlərinə görə, əslində informasiya texnologiyaları bu mürəkkəb vəziyyətdə bizi xilas edir. Müəllimlərin şagirdlərlə, tələbələrlə ünsiyyət, əlaqə yaratmaq imkanını saxlamaq üçün köməklik edir.   Firudin Qurbanov çıxışında pandemiya dövründə təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün birgə fəaliyyəti gücləndirmək və yaranmış çətinliklərlə mübarizədə səyləri birləşdirmək məqsədilə YUNESKO-nun irəli sürdüyü təşəbbüslərin Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyinə də toxunub. Əlavə edib ki, ölkəmiz müvafiq sahədə öz müsbət təcrübəsini digər üzv dövlətlərlə də mütəmadi bölüşür. Nümunə olaraq, YUNESKO-nun rəsmi saytında yerləşdirilən müxtəlif ölkələrdə şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə tətbiq olunan distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısında ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” (poliap) platforması yer alıb.   Nazir müavini çıxışının sonunda müasir dövrdə bu cür görüşlərin pandemiya və post-pandemiya dövrünün çağırışlarına effektiv şəkildə cavab vermək baxımından öz töhfəsini  verəcəyinə əminliyini ifadə edib.   Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov 24 yanvar -  Beynəlxalq Təhsil Gününün qısa tarixi və mahiyyəti barədə məlumat verib. Elnur Sultanov bu təşəbbüsün əsas məqsədinin qlobal təhsil məqsədlərinə çatmaq üçün BMT-nin üzv ölkələri, BMT sistemi, özəl sektor, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının kollektiv fəaliyyətini gücləndirməkdən ibarət olduğunu bildirib. 2021-ci ildə Beynəlxalq Təhsil Gününün “COVİD-19” pandemiyası dövrünü yaşamış nəsil üçün təhsilin bərpası və dirçəldilməsi” mövzusunda keçirilməsinin indiki dövr üçün aktual və önəmli olduğunu bildirən baş katib dünyada yaranmış problemlərin aradan qaldırılması məqsədilə YUNESKO tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən danışıb və ölkəmizin həmin təşəbbüslərdə aktiv rol oynadığını vurğulayıb. Elnur Sultanov Azərbaycanla YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq proqramları və layihələrdən də danışıb.   Onlayn tədbirə qatılan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmənin təşkili şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov pandemiyanın yaratdığı yeni reallıqlara uyğunlaşmaq, təhsilin davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və keçirilməkdə olan müvafiq tədbirləri diqqətə çatdırıblar.   Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tələbə-könüllülər üçün "Gəncliyin BİR həftəsi" layihəsi

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 fevral-Gənclər Günü münasibətilə tələbə-könüllülər üçün “Gəncliyin BİR həftəsi” adlı tədbir keçiriləcək.   2 ildir ki tələbə-könüllülərin yüksək marağına səbəb olan “Gəncliyin BİR həftəsi” layihəsinin məqsədi onların şəxsi inkişafının təmin olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.   28 yanvar - 1 fevral tarixlərini əhatə edən layihə çərçivəsində proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et” və “Zövq al”) üzrə müxtəlif təlimlər, vebinarlar, intellektual oyunlar və konsert proqramı təşkil ediləcək.   Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusla təhsildə yeni çağırışlar müzakirə ediləcək

26 yanvar saat 18:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramında Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunusla təhsildə yeni çağırışlar müzakirə ediləcək. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanan proqramı nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.     2006-cı ildə Məhəmməd Yunus və onun yaratdığı Qramen Bankı (Grameen Bank) milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün Nobel Sülh mükafatına layiq görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklifi ağlasığmaz ideya kimi görünsə də, Məhəmməd Yunus bunu reallığa çevirib. Professorun mikrokredit ideyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb. Bir çox tanınmış universitetlərdə çıxış üçün dəvət alan professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, bir çox ölkədən olan insanın təhsil almasını dəstəkləyir.   50-dən çox şirkətin qurucusu olan Məhəmməd Yunus “Wharton” biznes məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları”,“Fortune” jurnalının “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında yer alıb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu 20 dahi asiyalıdan biri seçib. Məhəmməd Yunus 2008-ci ildə Böyük Britaniyanın “Prospect” və ABŞ-ın “Foreign Policy” jurnalları tərəfindən keçirilmiş açıq onlayn səsverməyə əsasən, “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Məhəmməd Yunus həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri doktorudur. UNEC-də onun adını daşıyan Yunus Sosial Biznes Mərkəzi (YSBM) fəaliyyət göstərir.   Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən  tanış ola bilərsiniz.

Xarici kvalifikasiyaların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə xidmət haqqının 250 manat məbləğində ödənilməsinin tətbiqinə başlanılıb.   Qeyd edilən xidmət haqqının ödənilməsi üçün müraciətçilər https://apply.enic.edu.az/ internet səhifəsindən qeydiyyatdan keçdikləri şəxsi kabinetlərinə daxil olmalı və tanınma üçün təqdim etdikləri ərizəni təsdiq etdikdən sonra ödənişi həyata keçirə bilərlər. Ödənişi bank kartı ilə şəxsi kabinetdən, Hökumət Ödəniş Portalından (https://gpp.az/WebPortal/Infosite) və ya nağd ödənişlə bank və poçt mərkəzlərindən həyata keçirmək mümkündür. Ödənişlə bağlı ətraflı məlumat almaq üçün istifadəçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən hazırlanmış ödəniş təlimatından istifadə edə bilərlər.   Agentlik xarici kvalifikasiyaların tanınması sahəsində vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirməkdədir. Belə ki, son dövrdə elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.   Qeyd edək ki, ötən ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ortalama icra müddəti 30 gün olmaqla, tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb.   Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Türkiyənin Milli Təhsil nazirindən azərbaycanlı həmkarının tvit paylaşımına dəstək

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk  Azərbaycanın təhsil naziri Emin Əmrullayevin  Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabındakı paylaşımına dəstək nümayiş etdirib.   Ziya Selçuk həmkarının sözügedən tvitini şəxsi hesabında paylaşaraq bu sözləri qeyd edib: "Hər hansı bir uşağın təhsildən geri qalmaması və Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi axtarışında olan qlobal təhsil hədəflərinə çatmaq üçün pandemiyaya, müharibələrə və qarşıdurmalara qarşı kollektiv məsuliyyət və həmrəylik nümayiş etdirməliyik".   Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev paylaşımında, “Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb”, - deyə bildirib.   Nazir tvit paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

Növbəti onlayn müsahibələrdə iştirak edəcək namizədlərin nəzərinə!

Yanvarın 25-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır. Sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək.   Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.   Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

Nazir Beynəlxalq Təhsil Günü ilə bağlı tvit paylaşıb

Təhsil naziri Emin Əmrullayev 24 yanvar- Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabında paylaşım edib.   Nazir qeyd edib ki, Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb.   Nazir tvit paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.   Qeyd edək ki, məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olub.   1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.

SABAH Karyera Qış məktəbi təşkil ediləcək

2021-ci ildə SABAH-ın məzun olacaq tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış məktəbi keçiriləcək.   Artıq beşinci dəfədir təşkil edilən SABAH Karyera Qış məktəbində tələbələr uğurlu karyera başlanğıcı üçün lazımi fundamental bacarıqları SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən öyrənəcəklər.   Qış məktəbi 10-12 fevral tarixlərində onlayn şəkildə "Microsoft Teams" platforması üzərindən təşkil ediləcək.   SABAH Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət) uyğun olaraq təlimlərdə iştirak edəcəklər.   Qış məktəbində iştirak etmək istəyən tələbələr 27 yanvar saat 00:00-dək müvafiq link vasitəsilə (http://bit.ly/3sRPGwP) qeydiyyatdan keçməlidirlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı