• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 29-da təhsil naziri Emin Əmrullayev Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Dan Yanku ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Rumıniya arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, universitetlərarası əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.

Peşə təhsili üzrə teledərslərin 29 yanvar cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 29 yanvar tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Tələbələrin köçürülməsi prosesinə başlanılır

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.   Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə  həyata keçirilir.   Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.   Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.   Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları ​

Türkiyədə doktorantura təhsili–sənəd qəbulu üçün son iki gün

Türkiyənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu davam edir. Sənəd qəbulu üçün son müraciət vaxtı 31 yanvar 2021-ci il saat 23:59 müəyyən edilib.

Peşə təhsili üzrə müəlllim və psixoloqlar üçün təlimlər

Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyət və psixoloqlar üçün “Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlər davam edir.   26 yanvar tarixində başlayan təlimlər 3 gün davam edəcək.   Təlim proqramı müəllim və psixoloqlar üçün əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, tədris proqramının tətbiqi və uyğunlaşdırılması, tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsi kimi mövzularını əhatə edir. Eyni zamanda, təlim psixoloqlar üçün əlavə olaraq inklüziv təhsildə psixoloqun rolu və əlilliyi olan tələbələr, valideynlər və müəllimlər ilə psixoloji xidmət üçün tövsiyələr kimi məqamlara da fokuslanmaqdadır.   Qeyd edək ki, təlimlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı  çərçivəsində həyata keçirilən "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsi çərçivəsində keçirilir.

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub.   Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu.   Qeyd edək ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbdə müasir tədris avadanlığı ilə təchiz olunan sinif otaqları, informatika, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları yaradılıb. 2006-cı ildə inşa edilən 288 şagird yerlik korpus və idman zalı da əsaslı təmir edilib.   X X X   Prezident İlham Əliyev Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış oldu.   Təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik yeni müasir korpus, yeməkxana, idman və akt zalları tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən 264 şagird yerlik korpus da əsaslı təmir olunub. Yeni korpusdakı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar zəruri tədris avadanlığı və vəsaiti ilə təmin edilib.   www.president.az  

Onlayn müsahibələrə elektron qeydiyyat başa çatıb

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatıb.   25-27 yanvar tarixlərini əhatə edən elektron sənəd qəbulunda 3118 nəfər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.   Elektron müraciətini təsdiq etmiş namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.   Müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz: https://www.miq.edu.az/movzular

Vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il  tarixinədək fəaliyyətini dayandırır.   Bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.azhttps://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.   Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.azhttps://twitter.com/tehsilgovazhttps://www.instagram.com/edugovaz/https://www.youtube.com/user/tehsilgovaz@edugovaz) izləmək tövsiyə edilir.

Təhsil naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 27-də təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib

Macarıstanda təhsil almaq üçün müsahibələr başlanılıb

Yanvarın 27-dən etibarən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müraciət edənlər sırasından seçilmiş namizədlərlə müsahibələr başlayıb.   Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmin sahələrin ekspertləri tərəfindən aparılır.   Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı