• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələr üçün "Təhsil kartı"

Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra ali təhsil müəssisəsində tətbiq olunan “Təhsil kart”ları Naxçıvan Dövlət Universitetinin tələbələrinə də təqdim edilib. Layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və “Naxçıvanbank” ASC dəstəyi, Naxçıvan Dövlət Univesitetinin təşəbbüsü ilə həyata keçirilib.

 

Sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə rahat şəkildə əldə edəcəklər.  Təhsil kartını təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkündür. Gələcəkdə təhsil kartının imkanları daha da genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər.

 

Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 8 ali təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq yeni təhsil müəssisələrinin qoşulması nəzərdə tutulur.


3 il əvvəl