• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"eTwinning Plus" layihəsi çərçivəsində müəllimlər üçün təlimatlar

Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 40 avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

 

Cari ildə pandemiya səbəbindən layihəyə yeni qoşulan müəllimlər üçün əyani təlimlərin keçirilməsi mümkün olmayıb. Buna baxmayaraq, müəllimlərin platformadan rahat istifadəsini təmin etmək məqsədi ilə layihənin rəsmi internet səhifəsində müəllimlər üçün ətraflı videotəlimatlar təqdim olunur. Müəllimlər saytın “Təlimatlar” bölməsinə daxil olaraq bu videolardan faydalana bilərlər - https://etwinningplus.edu.az/instruction. Həmçinin, layihə ilə bağlı sual və ya çətinlik yaranarsa, etwinning@tsii.edu.az e-poçt ünvanına müraciət etmək mümkündür.

 

Qeyd edək ki, bugünədək ölkə üzrə 853 məktəbdən 2853 müəllim “eTwinning”-ə qoşulub və 3500-ə yaxın təhsil layihəsinin reallaşdırılmasında iştirak edib. Layihə çərçivəsində hər il regional və beynəlxalq konfranslar təşkil olunur. Bu konfranslar zamanı yerli müəllimlər xarici həmkarları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etmək şansı qazanır. 2020-ci ildə müəllimlər üçün təşkil olunan 51 onlayn təlimdə 1024 müəllim, 6 canlı təlimdə isə 107 müəllim iştirak edib. Bununla yanaşı, Avropalı mütəxəssislər tərəfindən onlayn formada təşkil olunan 10 307 təlimdə Azərbaycandan 547 müəllim iştirak edib.


3 il əvvəl