• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlayn Beynəlxalq Gitara müsabiqəsi yekunlaşıb

Azərbaycanda ilk dəfə uşaq və gənclər arasında keçirilən Onlayn Beynəlxalq Gitara müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2-5 fevral 2021-ci il tarixlərində baş tutub.

 

Müsabiqənin əsas məqsədi uşaq və gənclərin klassik və müasir gitara musiqi istiqamətlərinə diqqətinin artırılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması, istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarət olub.

 

Müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistanı təmsil edən məktəblilər, dərnək üzvləri, musiqiçilər daxil olmaqla 9-17 yaş aralığnda 4 nominasiya üzrə 100 uşaq və gənc qeydiyyatdan keçib.

 

Müsabiqənin beynəlxalq münsiflər heyətində tanınmış gitara ifaçıları Fuat Cəfərov (Azərbaycan), Araz Hümbətli (Azərbaycan), Kopteev Aleksey (Rusiya), Afanasyev Aleksander (Rusiya), Aleksandr Golenastov (Belarusiya), Ruslan Ostapenko (Kazaxıstan) və Vitaliy Litvinov (Türkmənistan) təmsil olunublar.

 

Müsabiqənin final mərhələsi sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan ifalar üzrə 100 iştirakçıdan 19 nəfəri seçilərək klassik gitara, xalq musiqisi (flamenko, istənilən milli janr), elektrik gitara (rok, bluz), caz, fyüjn nominasiyalarının I, II, III və həvəsləndirici yerləri üzrə onlayn qiymətləndirilməsi aparılıb və qaliblər müəyyənləşdirilib. Qaliblər diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.


3 il əvvəl