• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib

Fevralın 4-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.

 

Belə ki, Agentliyin təşkilatçılığı ilə təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq, Yekun Hesabatlar hazırlanıb və bu hesabatlar təhsil nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib.  Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə sözügedən ali təhsil müəssisələri  növbəti 5 il müddətinə akkreditasiya olunub. 

 

Qeyd edək ki, akkreditasiya ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.
 


3 il əvvəl