• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri "Mir Şahinin vaxtı"nda

Təhsil naziri Emin Əmrullayev Real TV-nin "Mir Şahinin vaxtı" proqramında qonaq olub.    Veriliş boyunca təhsil sahəsi ilə bağlı bir çox məqamlar ətrafında maraqlı fikir mübadiləsi aparılıb.   

Bakı, Sumqayıt və Abşeronda V-IX siniflər əyani tədrisə başlayır

Fevralın 15-dən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunur.   Bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.   Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə,  I-IV siniflərdə həftədə 3 dəfə,  V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə  I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.   Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.   Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.

Təhsil naziri UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub

Fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Gəncə və Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanışlıq olub.    Sözügedən bölgələrə səfər edən heyətin tərkibində təhsil naziri Emin Əmrullayevlə yanaşı UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri də olub. Xarici tərəfdaşlar Gəncə və Tərtərdə dağıdılmış binaların, Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.    Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.    Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.

Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.   Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2021-ci il nəzərdə tutulub.   traflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Göyçay, Qusar və Xaçmazda məktəb açılışı

 Fevralın 12-də Göyçay rayonu Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.   Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Göyçay Rayon İcra başçısının müavini Zivər Zeynalova,  Göyçay Rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahib  Burcəliyev və məktəb direktoru iştirak edib.   Qeyd edilib ki, əsaslı təmir olunmuş məktəb 764 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri də fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.   Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.   * * *   Fevralın 12-də Qusar rayonu Quxuroba kənd tam orta məktəbinin bərpa-gücləndirmə  və əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib.    Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Qusar Rayon İcra başçısının müavini Zoya Eldarova, Qusar Rayon Təhsil Şöbəsinin müdir əvəzi Yüzbəy Abuyev  və məktəb direktoru iştirak edib.    Bildirilib ki, Quxuroba kənd tam orta məktəbi 464 şagird yerlikdir. Tədris binasında 23 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə 100 yerlik yeməkxana, 150 yerlik akt zalı üçün də şərait yaradılıb.    Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.      ****   Fevralın 12-də Xaçmaz rayonu Xudat şəhəri 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının da açılış mərasimi keçirilib.    Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Xaçmaz Rayon İcra başçısının birinci müavini İlhamə Nəzərova,  Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Quliyev  və məktəb direktoru iştirak edib.    Bildirilib ki, yeni tədris binası 432 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, gənclərin çağırışaqədərki, informatika və hərbi hazırlıq kabinetləri var. Məktəbdə 144 yerlik yeməkxana, 260yerlik akt zalı və idman zalı da var.    Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.  

Lənkəran və Kürdəmirdə məktəb açılışı

Fevralın 12-də yeni tikilmiş Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.    Açılışda təhsil nazirinin müşaviri Elnur Nəsibov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və məktəb direktoru iştirak edib.   Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Təhsil müəssisəsində 40 yerlik yeməkxana, 103 yerlik akt zalı üçün də şərait yaradılıb.    Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.  *** Fevralın 12-də Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün də yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.  Açılışda təhsil nazirinin müşaviri Kənan Kərimzadə, Kürdəmir Rayon İcra başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib.    Qeyd edilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə  120 yerlik yeməkxana, 240  yerlik akt zalı üçün də şərait yaradılıb.   Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.  

4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib

Fevralın 10-dan start verilən direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 900-dən çox namizəd qeydiyyatdan keçib. 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində keçirilən elektron sənəd qəbulu mərhələsinin nəticələri nəzərə alınmaqla, ümumilikdə 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib.   Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk elektron sınaq imtahanı keçiriləcək.   Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Yanvar ayı üçün tanınma üzrə müraciətlərin statistikası

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yanvar ayı üçün tanınma üzrə müraciətlərə dair statistik məlumat açıqlanıb. Belə ki, qeyd edilən ay üzrə icrası 21 gün ərzində tamamlanan 199 müraciətçinin 138-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 28, tanınma üçün müraciət etdiyi ixtisasının ölkə ərazisində  ekvivalentinin olmaması səbəbi ilə 2 və xarici baza (bakalavr) ixtisasının tanınmaması səbəbi ilə 1 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.   İxtisas seçimlərində iqtisadiyyat üzrə 34, hüquqşünaslıq üzrə 24, tibb üzrə 24, maliyyə üzrə 23, mühəndislik üzrə 21, biznesin idarə edilməsi üzrə 14, beynəlxalq münasibətlər üzrə 9, turizm üzrə 7, menecment üzrə 6 və digər ixtisaslar üzrə 37 nəfər müraciətçi qeydə alınıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 59, Rusiyadan 51, Türkiyədən 46, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, Qazaxıstandan 5, İrandan 2, Belarusdan 2, Polşadan 2 və Çexiyadan 1  nəfərin yer aldığı müşahidə olunur.   Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Peşə təhsili üzrə teledərslərin 12 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 12 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Qazax və Şəkidə məktəb açılışı

Fevralın 11-də yeni tikilmiş Qazax rayonu Qaymaqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.    Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və məktəb direktoru iştirak edib.   Qeyd edilib ki, yeni tikilmiş məktəb 180 şagird yerlikdir. Tədris binasında 9 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.   Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.   * * *   Fevralın 11-də Şəki rayonu Qumux və Baltalı kəndlərində də yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi keçirilib.    Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov, Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova və məktəb direktorları iştirak edib.    Bildirilib ki, Qumux kənd tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri var.    Şəki rayonu Baltalı kəndində yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə isə 13 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq, məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları var.   Açılışdan sonra hər iki məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı