• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Lənkəran və Kürdəmirdə məktəb açılışı

Fevralın 12-də yeni tikilmiş Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 
 

Açılışda təhsil nazirinin müşaviri Elnur Nəsibov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və məktəb direktoru iştirak edib.

 

Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Təhsil müəssisəsində 40 yerlik yeməkxana, 103 yerlik akt zalı üçün də şərait yaradılıb. 

 

Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub. 


***
Fevralın 12-də Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün də yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. 


Açılışda təhsil nazirinin müşaviri Kənan Kərimzadə, Kürdəmir Rayon İcra başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib. 

 

Qeyd edilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə  120 yerlik yeməkxana, 240  yerlik akt zalı üçün də şərait yaradılıb.

 

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
 


3 il əvvəl