• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib

Fevralın 10-dan start verilən direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 900-dən çox namizəd qeydiyyatdan keçib. 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində keçirilən elektron sənəd qəbulu mərhələsinin nəticələri nəzərə alınmaqla, ümumilikdə 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk elektron sınaq imtahanı keçiriləcək.

 

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.


3 il əvvəl