• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən tədbirlər keçirilib.   Bu istiqamətdə “dəyirmi masa”lar, rəsm və əl işləri müsabiqələri, ədəbi bədii kompozisiyalar, virtual rəsm sərgiləri, şahmat turnirləri təşkil edilib, dərnək üzvləri tərəfindən hazırlanan videoçarxlar sosial şəbəkələr vasitəsilə yayımlanıb.   Tədbirlərin təşkilində məqsəd soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumat verməkdən ibarət olub.   Tədbirlərdə faciə barədə filmlər, videoçarxlar nümayiş olunub.   Qeyd olunan tədbirlərdə 2000-ə yaxın məktəbli iştirak edib.

İlk dərslər Xocalı soyqırımına həsr olunub

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib.   Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.   Tədbirlər Planına uyğun olaraq, bu gün həmçinin karantin rejiminin tələbləri nəzərə alınmaqla ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlərin keçirilməsi, “Xocalı faciəsi” mövzusunda virtual rəsm müsabiqəsi və sərgilərin təşkili də nəzərdə tutulub.   Qeyd edək ki, ənənəvi olaraq, “Azərbaycan dili (tədris dili)”, “Azərbaycan dili (dövlət dili)”, “Ədəbiyyat”, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin dərsliklərində Xocalı faciəsi ilə bağlı mövzular daxil edilib

Peşə təhsili üzrə teledərslərin 26 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 26 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək

Fevralın 25-də Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən və fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.   Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 25 fevral saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.    Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.

“Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.   Müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.   Müsabiqədə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Müsabiqəyə ümumilikdə 135 rəsm və əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək qaliblər müəyyən edilib.    Müsabiqənin qalibləri diplom, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.

Onlayn müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib

5-18 fevral tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.     Onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.    Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Media nümayəndələri üçün onlayn təlim keçirilib

Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib.   Təlimdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması daim diqqət mərkəzindədir. Nazir müavini informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolunun əvəzsiz olduğunu və təhsildə aparılan islahatlar barədə maarifləndirmə işində kütləvi informasiya vasitələrinin üzərinə olduqca mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Təhsil Nazirliyinin media ilə sıx əməkdaşlıq şəraitində iş aparan dövlət qurumu olduğuna toxunan Firudin Qurbanov təşkil edilən təlimin əhəmiyyətindən danışıb. Nazir müavini əlavə edib ki, təlim təhsildən yazan jurnalistlərin sosial media marketinqi və onun xüsusiyyətləri ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin kütləvi informasiya vasitələri ilə yanaşı, Sosial Media Marketinq kanallarında daha sürətlə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunub.   Nazir müavini deyib ki, media ilə işin qurulmasında mövcud çağırışlara uyğunlaşmaq və həll yollarını müəyyənləşdirmək vacibdir. Gələcək hədəflərə doğru yol xəritəsini müəyyənləşdirmək üçün belə təlimlərdə iştirak etmək, ekspert mühazirələri ilə tanış olmaq hər zaman önəmli və aktualdır.   Firudin Qurbanov çıxışının sonunda kommunikasiya yollarının səmərəli şəkildə işlənilməsi, sosial medianın imkanlarından effektiv şəkildə yararlanması, dezinformasiyaların qarşısını alınması, operativliyin artırılması baxımından bugünkü təlimin faydalı olduğunu qeyd edib.    Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov öz çıxışında Təhsil Nazirliyinə media nümayəndələri üçün təşkil etdiyi maraqlı və faydalı təlimə görə təşəkkürünü bildirib, sosial medianın imkanlarının əhatəliliyinə diqqət edilməsini nəzərə çatdırıb.   Təlim “Sosial Media Marketinqi nədir?”,”Sosial Media Marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində Sosial Media Marketinqinin rolu” mövzularını əhatə edib. Təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək sosial media barədə ətraflı məlumatı diqqətə çatdırıblar.   Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin və digər iştirakçıların sosial media marketinqi, sosial media kanalları və özəllikləri barədə daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV-lə yanaşı, SMM vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Xocalı soyqırımına həsr olunmuş virtual sərgi

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar "Rənglərdə yaşayan Xocalım" adlı virtual sərgi təşkil edib.   Sərginin keçirilməsində məqsəd faciə qurbanlarının əziz xatirəsini yad etmək, Xocalı soyqırımı haqqında uşaq və gəncləri məlumatlandırmaq, onlarda Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı uşaqları aşkara çıxarmaqdan ibarət olub.   Virtual sərgi çərçivəsində Mərkəzin dərnək üzvlərinin hazırladıqları rəsm işləri Azərbaycan tar ifaçılıq məktəbinin, gənc və istedadlı nümayəndəsi, əməkdar artist Şəhriyar İmanovun ifa etdiyi “Nəbz” adlı musiqinin müşayiəti ilə sosial şəbəkələr vasitəsilə yayımlanıb.   Rəsmlərdə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin dəhşətləri, yüzlərlə insanın qətlə yetirilməsi kimi məqamlar ifadə olunub.

Milli qiymətləndirmənin nəticələri təhlil edilib

19 dekabr 2020-ci il tarixində onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib.       Ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189 445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.     Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.  

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.   26 fevral saat 17:00-da baş tutacaq təlim proqramı “Azərbaycan/Bakı XX əsrin əvvəllərində” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Queen Mary Universitetinin tarix və siyasət ixtisası üzrə bakalavriat pilləsindən məzun Turan Qafarlıdır.   Təlimdə iştirak etmək üçün müvafiq link  https://cutt.ly/BlzSjlf  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı