SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İlk dərslər Xocalı soyqırımına həsr olunub
Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib.
Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.
Tədbirlər Planına uyğun olaraq, bu gün həmçinin karantin rejiminin tələbləri nəzərə alınmaqla ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlərin keçirilməsi, “Xocalı faciəsi” mövzusunda virtual rəsm müsabiqəsi və sərgilərin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, ənənəvi olaraq, “Azərbaycan dili (tədris dili)”, “Azərbaycan dili (dövlət dili)”, “Ədəbiyyat”, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin dərsliklərində Xocalı faciəsi ilə bağlı mövzular daxil edilib
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl