• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

Təhsil Nazirliyi qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır.   8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.   Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz.

“Bərbər” ixtisası üzrə sertifikatlar təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyində karantin rejiminin tələblərinə uyğun olaraq “Bərbər” ixtisası üzrə sertifikatlar təqdim edilib. Müvafiq sertifikatlar sözügedən ixtisas üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinə dair keçirilən imtahanlardan yüksək nəticə əldə etmiş ərizəçilərə verilib. Agentliyin təşkilatçılığı ilə keçirilən tədbirdə  Qiymətləndirmə Komissiyasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Fuad Mehdizadə, “D.İ.” Studionun rəhbəri Dmitriy İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova və ərizəçilər iştirak edib. Tədbirdə videotəqdimat nümayiş olunaraq, qeyri-formal və informal təhsilin tanınması üzrə “Bərbər” ixtisasının müvafiq modulları üzrə keçirilmiş imtahan nəticələri barədə ətraflı məlumat verilib. Qeyd edək ki, cari ilin 15 fevral tarixində Agentliyin təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə “Bərbər” ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.

İmtahan qrafiki namizədlərin şəxsi səhifələrinə göndərilib

6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil ediləcək. İmtahanların keçiriləcəyi yer və qrafik barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.   İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq. Namizədlər aşağıdakı linklərə daxil olaraq test imtahanı proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərlər:   https://edu.gov.az/upload/file/xeber/2020/10/test_imtahan_proqrami.pdf https://edu.gov.az/uploads/news/02/test-numuneleri.pdf

"Sabahın alimləri” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçiriləcək. Müsabiqədə 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 208 şagird 123 elmi  layihə ilə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-si fərdi, 86-sı isə kollektiv layihədir. Şagirdlər müsabiqəyə riyaziyyat  üzrə 14, fizika, astronomiya  üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya, ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri  üzrə 10, mühəndislik üzrə 17 layihə ilə qatılıblar.   Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət Münsiflər heyəti yaradılıb. Qaliblər sırasından İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  isə 7 layihə  seçiləcək.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  keçirilir.   Müsabiqənin məqsədi IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. 

V qrant müsabiqəsi üzrə layihələrin qəbuluna başlanılır

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu başlayır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu aprelin 1-dək www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.   Müsabiqə fərdi və ümümi təhsil kateqoriyaları üzrə keçirilir.   Müsabiqə aşağıdakı mövzuları əhatə edir:   1) İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi.)   2) Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.)   3) Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və  pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.)   4) Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər:  sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə,  valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.)   5) Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.)

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

5-12 mart tarixlərində  III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.   7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.   Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Beyin köçündən beyin qazancına

Ümid edirəm ki, ən qısa zamanda xaricdə yaşayan azərbaycanlı alim və tədqiqatçılar üçün bir ortaq platforma təsis olunacaq Bugünkü qloballaşan dünyada miqrasiya, demək olar ki, bütün ölkələri əhatə edir. İqtisadçılar arasında təyinat ölkələri üçün miqrasiyanın faydaları barədə ümumi bir razılaşma mövcud olsa da, kasıb və ya inkişafda olan ölkələrdə mühacirət və inkişaf arasındakı əlaqə ilə bağlı fikir birliyi mövcud deyil. Həqiqətən də, inkişaf etməkdə olan bir sıra ölkələr çox sayda bacarıqlı və savadlı vətəndaşının xaricə köçməsindən getdikcə daha çox narahatdır. Ən yaxşıların və ən parlaqların - “beyin axını” deyilən bu köçü ölkələrin insan kapitalının ehtiyatlarını tükəndirdiyi və onların iqtisadi inkişaf perspektivlərinə zərər verdiyi hesab olunur.   Bu narahatlıq əsassız deyil. 1960-cı illərdən bəri dünyada az gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə miqrasiya səviyyəsi artmaqdadır. Tədqiqatlar göstərir ki, hər miqrant göndərən ölkə üçün ixtisaslı mühacirət nisbəti orta mühacirət nisbətindən xeyli yüksəkdir. Bu, o deməkdir ki, kasıb ölkələr son yarım əsrdə nəhəng ixtisaslı işçi axını yaşamışlar. Müşahidələr göstərir ki, bu fenomen, nisbətən az əhalisi olan inkişaf etməkdə olan ölkələr üçün xüsusilə özünü göstərir. Məsələn, Haiti kollec məzunlarının 85%, hindlilərin və ya çinlilərin isə 5%-i isə xaricdə işləyir və ya təhsil alır.   Mühacirətin nəticələrini qısa vədədə dəyərləndirsək, bu ssenari həqiqətən aşağı gəlirli ölkələr üçün çox təhlükəli görünür. Ancaq mühacirəti bu şəkildə anlamaq doğru deyil. Mühacirlərlə ölkələri arasındakı uzunmüddətli qarşılıqlı əlaqə, miqrant göndərən ölkələrin inkişafı üçün böyük potensiala malikdir. Bu, səbəbdən inkişaf etməkdə olan ölkələr ixtisaslı mühacirəti məhdudlaşdırmaq üçün səylərini dayandırmalı və mühacirətin təqdim etdiyi inkişaf potensialını və imkanları reallaşdırmağa çalışmalıdırlar.   Geri dönüş köçü   İnkişaf etməkdə olan ölkələrdə məmurlar və institutlar da mühacirləri öz doğma ölkələrinə daimi olaraq bağlamaq üçün əllərindən gələni etməlidirlər.  İnkişaf etmiş ölkələrə mühacirət edən, təhsil və təcrübə qazanan, sonra vətənə qayıdan gənclər, insan kapitalının ehtiyatını artırır və ölkələrində təşəbbüskarlığı təbliğ edirlər. Almaniyadan geri dönən türk miqrantlarla bağlı araşdırma göstərir ki, geri qayıdanların təxminən yarısı öz bizneslərini qurur və ölkə iqtisadiyyatına töhfələrini verirlər. Eynilə, inkişaf etmiş demokratik ölkələrdən qayıdanlar, yaxşı idarəetmə üçün tez-tez ehtiyac duyulan bir səs kimi çıxış edə bilirlər.   Geri dönüş köçünü təşviq etmək üçün ən uğurlu nümunələrdən biri kimi Çini göstərmək olar. Əsrin əvvəllərində Çin geri dönüş miqrasiyasında artım müşahidə edilən azsaylı ölkələrdəndir. Bu çinli siyasətçilərin və dövlət dəstəyinin sayəsində mümkün olur.  “Qloballaşma və Çinin Mərkəzi” təşkilatının qurucusu və prezidenti Huiyao Wangın dediyi kimi, “Mühacirləri geri qaytarmaq üçün hökumətin iqtisadi planı ilə üst-üstə düşən bir istedad planı olmalıdır”. Hökumət bu planın bir hissəsi olaraq istedad proqramları və geri dönən mütəxəssislər üçün startap parkları qurdu, bunların hamısı mühacirləri geri dönməyə və iqtisadi inkişafa töhfə verməyə yönəltdi. Çində geri dönüş miqrasiyası bir inkişaf səbəbindən daha çox bir nəticə olsa da, geri dönüş miqrasiyasının ölkənin inkişaf hədəfləri ilə necə uyğunlaşdırılacağına dair gözəl bir nümunədir.   Elmi diaspora   Mühacirət, inkişaf etmiş hər bir ölkənin inkişaf prosesinin ayrılmaz bir hissəsi olmuşdur. Bu ölkələrin bir çoxu, “beyin axını”nı müxtəlif siyasi və administrativ yollarla dayandırmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini görəndən sonra, onu ölkənin elm, təhsil və innovasiya sahələrinin inkişafına kömək edə biləcək bir potensial varlıq kimi qəbul etmək qənaətinə gəldilər. Xaricdə mövqe qazanmış alimlər və mühəndislər yüksək ixtisaslı və yüksək rəqabət qabiliyyətli bir insan qaynağıdır. Bundan əlavə, qəbul etmək lazımdır ki, onlar ölkənin onlara yarada biləcəyindən daha yaxşı şəraitdə işləyirlər. Ümumilikdə, elmi diasporalar, kəşflər etməyimizə, yaratmağımıza, yeniliklər etməyimizə və problemləri birlikdə həll etməyimizə imkan verəcək bir əməkdaşlıq arxitekturasıdır.   Albert Eynşteyndən tutmuş Sergey Brinə qədər Amerikanın elmi və texnoloji inkişafı öz-özlüyündə bir beyin köçü hekayəsidir. Statistikaya görə, ABŞ-da, universitet dərəcəsi olan və xaricdə doğulan işçilərin dörddə biri alim və ya mühəndis kimi fəaliyyət göstərir. “Kauffman”  təşkilatının  bir hesabatına görə, son 6 ildə ABŞ texnologiya startaplarının dörddə birini xarici ölkələrdə doğulmuş sahibkarlar təşkil edir. Yalnız Silikon Vadisindəki mühəndislik və texnologiya müəssisələrinin 44%-i ən azı bir immiqrant tərəfindən qurulub. 2010-cu ildən etibarən ABŞ-da işləyərkən Nobel mükafatını qazanan 314 laureatın üçdə biri xarici əsillidir. Amerika təcrübəsi göstərir ki, kollektiv beyin gücü, resurslar və şəbəkələri sayəsində elm adamlarının, mühəndislərin, novatorların, sahibkarlar və elmi mütəxəssisləri özundə birləşdirən diasporalar yenilik və iqtisadi artımın sürətləndirilməsində, mədəniyyətlərarası anlaşma və iş birliyinin inkişafında mühüm rol oynayır.   Son illər ABŞ-da ən aktiv elmi diaspora qruplarından biri də Türk Amerikan Alimlər Dərnəyidir (TASSA). TASSA-nın missiyası, 3 min üzvü üçün elmi mübadilələr, təhsil proqramları və şəbəkə quraraq Türkiyə ilə ABŞ arasındakı təhsil, elm və texnologiya sahəsindəki əməkdaşlığı təşviq etməkdir. 2004-cü ildə qurulduğu gündən bəri TASSA, Türkiyə ilə ABŞ arasında canlı bir elmi körpü rolunu oynayır. Tufts Universitetinin neyro alimi Gizem Dönmez, TASSA və Türkiyənin elm maliyyələşdirmə agentliyi TÜBİTAK-ın maliyyəsi sayəsində Türkiyədəki həmkarları ilə işbirliyini genişləndirə, bacarıqlı tələbələri laboratoriyasına cəlb edə və spesifik xəstəliklər mövzusunda etdiyi əhəmiyyətli araşdırmaları irəli apara bildi. Professor Dönməzin təcrübəsi çox güclü şəbəkələrdə işləyən diaspor icmalarının elmi nailiyyətlərinin ayrı-ayrı fərdlərin təkbaşına əldə edə biləcəyindən daha sürətli və daha səmərəli ola biləcəyini sübut edir.   Aktivliyi ilə seçilən digər diaspora qrupu İrlandiya Elm Şəbəkəsidir (WGNIS). WGNIS-i xüsusilə təsirli edən xüsusiyyətlərdən biri  İrlandiyanın elm, texnologiya və mühəndislik üzrə diaspora üzvləri arasında əlaqə, ünsiyyət və işbirliyini təmin etməklə yanaşı akademik sfera ilə özəl sektoru da əlaqələndirmək üçün fəal şəkildə çalışmasıdır. Üzvlər beynəlxalq tədqiqat üzrə işbirliyini inkişaf etdirmək,İrlandiya-ABŞ mediası üçün məsləhətçi olmaq məqsədilə siyasət görüşlərinə daxil olunur, elm məsələləri və iki ölkədə STI ilə əlaqəli iş imkanlarını təbliğ edirlər.   Asiyanın inkişaf etmiş və ya inkişaf etməkdə olan əksər ölkələri də inkişaf mərhələsində elmi diasporanın xidmətlərindən geniş istifadə ediblər. Bunun ən uğurlu nümunələrindən biri Koreyanın 60-70-ci illərdə ABŞ və bir neçə Avropa ölkələrində yaratdığı elmi diaspora təşkilatlarıdır. Bu təşkilatların sayəsində koreyalı gənclər dünyanın top universitetlərində təhsil almaq imkanı qazanıblar, yerli tədqiqatçılar beynəlxalq qrantlara çıxış imkanı əldə ediblər. Bu gün Koreyanın top universitetlətində tədris və tədqiqat aparan professorların böyük əksəriyyəti ABŞ universitetlərinin məzunlarıdır. İnkişaflarının müxtəlif mərhələlərinə elm və texnologiya diasporasından yararlanan ölkələrin sırasına Yaponiya, Tayvan, Filippin və Hindistanı da əlavə edə bilərik.   Ali məktəblər və diaspora cəmiyyətləri   Ali təhsil müəssisələrinin diaspora cəmiyyətlərini birləşdirməsində misilsiz rolu var. Beynəlxalq tələbələr, məzunlar və xarici müəllimlər əməkdaşlıq, işə qəbul və mentorluq əlaqələrinin qurulmasında əvəzsiz rol oynaya bilərlər. Beynəlxalq ikili diplom proqramlarının açılması və dünyada gedən elmi tədqiqat axınına qoşulmağın ən effektiv yolu elmi diasporalardır. Bu vasitə ilə elmi diaspora qrupları arasındakı əlaqələri gücləndirmək üçün digər ölkələrdəki həmkarları ilə əməkdaşlıq edə bilərlər. Məsələn, Şimali Amerikadakı Efiopiya Fizika Cəmiyyəti efiopiyalı tələbələrə tədqiqat uğurlarına görə mükafatlar verərək, mentorluq şəbəkəsini dəstəkləyərək, Efiopiyadan ABŞ-a tələbə qəbulunu təmin edərək və beynəlxalq fizika tədbirlərinin təşkilinə kömək edərək Amerika və Efiopiya arasında bir körpü rolunu oynayır.   Elmlər akademiyaları da elm və innovasiya diasporlarının inkişafına dəstək ola bilər. Elmlə əlaqəli QHT-lər, ölkə daxilində və xaricdə elm potensialını artıraraq, diaspora qruplarının dünya miqyasında akademik və özəl sektor tərəfdaşları ilə əlaqə qurmaq üçün istifadə edə biləcəyi şəbəkələri gücləndirərək və beynəlxalq siyasət üçün güclü katalizator rolunu oynaya bilər. Ölkələr arası elmi əməkdaşlıq və bunun nəticəsində alınmış onlarla Nobel mükafatını göstərmək olar. İnkişaf etməkdə olan ölkələr üçün bu əməkdaşlığı elmi diaspora vasitəsi ilə həyata keçirmək daha effektiv və səmərəlidir.    İnformasiya və texnoloji inqilablar XXI əsrdə diplomatiyanı yenidən formalaşdırır. Diaspora şəbəkələri qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qrupları və çoxmillətli şirkətlər kimi beynəlxalq münasibətlərdə getdikcə daha əhəmiyyətli və nüfuzlu aktyorlara çevrilirlər. Bu diaspor şəbəkəsini yaratmaq və inkişaf etdirmək üçün ümumi bir formul yoxdur. Hər bir ölkənin mədəniyyəti, tarixi, beynəlxalq əlaqələri, siyasi sistemi, iqtisadi inkişafı və coğrafiyasının mövqeyinə görə fərqli yanaşmalar tətbiq edilə bilər. Buna baxmayaraq, dünya miqyaslı elmi diaspora icmalarının keçdikləri inkişaf yolu bu yolu yenicə gedəcək ölkələr üçün ümümi istiqamət verəcəkdir.   Azərbaycana gəldikdə isə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uzun illər ölkədə yaranmış ixtisaslaşmış kadr qıtlığını aradan qaldırmaqda gözlənilən nəticələri verməkdədir. Bundan əlavə bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunmasını zamanında atılmış addım kimi qiymətləndirirəm. Bu proqramda qarşıya qoyulan məsələlər beynəlxalq əməkdaşlığa və gənclərin akademik sahəyə cəlb olunmasına təkan verəcəkdir. Proqramdan irəli gələrək yaradılan ikili diplom proqramları və doktorantların xaricdə təhsil proqramının aktiv davam etdiyi dövrdə bizim də elmi diaspora yaratmağımızın tam zamanı olduğunu düşünürəm.   Beyin axınından beyin qazancına dönüşün strategiyasının üç əsas prinsipi vardır: - Mobillik proqramlarının inkişafı; - Ölkənin özündə elm və tədqiqat sahəsində iş şəraitinin yaxşılaşdırılması; - Elm adamlarının müvəqqəti və ya daimi qayıtması üçün ETİ (elm, texnologiya və innovasiya) sahəsində çalışanların iştirakı ilə əməkdaşlıq proqramlarının yaradılması.   Şərqi Asiya və Avropa ölkələrinin təcrübəsindən göründüyü kimi, elmi diasporanın yaradılması prosesində daha bir neçə məqama diqqət yetirilməlidir. Əvvəla, hökumətin hazırladığı proqramların effektiv olması üçün ölkənin elmi və innovativ potensialını, habelə elm və texnikanın inkişafı üçün prioritet sahələrin təyin olunması məqsədəmüvafiqdir. Bundan əlavə, dövlət tərəfindən hazırlanan proqramların  öz funksiyasını uğurla yerinə yetirməsı üçün, xaricdəki elmi sahəsində fəaliyyət göstərən üzvlərinin təklif və təşəbbüslərinin nəzərə alınması böyük səmərə verə bilər. Və nəhayət, müvəffəqiyyətin digər vacib bir komponenti platforma və potensialı haqqında dolğun məlumat əldə etmək üçün üzvlər arasında ilkin araşdırma və sorğuların aparılmasıdır. Ümid edirəm ki, ən qısa zamanda xaricdə yaşayan azərbaycanlı alim və tədqiqatçılar üçün bir ortaq platforma təsis olunacaq və beləliklə, ölkənin elm və texnologiya potensialının daha da artırılmasına geniş şərait yaranacaq.   "Azərbaycan müəllimi"

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Fevralın 26-da təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda baş məsləhətçi vəzifəsinə namizəd Sultanə Məmmədovanın, Cəlilabad Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Tacəddin Əlinin, Göygöl Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd  Firuzə Hidayətzadənin, Kəlbəcər Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Elməddin Əsədovun, Lerik Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Vidadi Fətullayevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 2 nəfərin şikayətinin  təmin olunması,  3 nəfərin  şikayətinin təmin edilməməsi barədə şura tərəfindən qərar qəbul olunub.

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım mərasimi keçirilib.   Öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra soyqırım qurbanları ilə bağlı videoçarx nümayiş olunub.   Anım mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev Xocalı soyqırımı qurbanları və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, hər birinin əziz xatirəsinin həmişə uca tutulduğunu qeyd edib. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan nazir XX əsrin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı haqqında təhsil müəssisələrində aparılan maarifləndirici işlərə toxunub. Emin Əmrullayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb.   Tədbir bədii hissə ilə davam etdirilib. Mərasimdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Təhsil Nazirliyinin kollektivi Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə “Ana harayı” abidəsini ziyarət edib.   Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı