• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xocalı soyqırımına həsr olunmuş virtual sərgi

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar "Rənglərdə yaşayan Xocalım" adlı virtual sərgi təşkil edib.

 

Sərginin keçirilməsində məqsəd faciə qurbanlarının əziz xatirəsini yad etmək, Xocalı soyqırımı haqqında uşaq və gəncləri məlumatlandırmaq, onlarda Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı uşaqları aşkara çıxarmaqdan ibarət olub.

 

Virtual sərgi çərçivəsində Mərkəzin dərnək üzvlərinin hazırladıqları rəsm işləri Azərbaycan tar ifaçılıq məktəbinin, gənc və istedadlı nümayəndəsi, əməkdar artist Şəhriyar İmanovun ifa etdiyi “Nəbz” adlı musiqinin müşayiəti ilə sosial şəbəkələr vasitəsilə yayımlanıb.

 

Rəsmlərdə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin dəhşətləri, yüzlərlə insanın qətlə yetirilməsi kimi məqamlar ifadə olunub.



3 il əvvəl