• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

Oktyabrın 2-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2020-2021-ci tədris ili üzrə beynəlxalq fənn olimpiada qalibləri ilə görüş keçirilib. Görüşdə 24 nəfər beynəlxalq fənn olimpiada qalibi və olimpiadalara hazırlıq komandalarının rəhbərləri iştirak edib. 

 

Görüşdə çıxış edən təhsil naziri Emin Əmrullayev olimpiada hərəkatının üzvü olan hər bir gəncin gələcəkdə ölkənin ən yaxşı mütəxəssisinə çevriləcəyinə inamını ifadə edib. Nazir bildirib ki, xüsusi istedadlı gənclər onlarda olan bacarığı düzgün istiqamətləndirməyi bacarmalıdır. 

 

Çıxışının sonunda qalibləri bir daha təbrik edən təhsil naziri onlara uğurlar arzulayıb. 

 

Daha sonra olimpiada qaliblərinə hədiyyələr təqdim olunub. 

 

Qeyd edək ki, ötən tədris ilində məktəblilərimiz müxtəlif yaş qrupları üzrə müxtəlif miqyaslı olimpiadalardan ümumilikdə 53 medal  – 6 qızıl, 15 gümüş, 32 bürünc, 10 həvəsləndirici mükafat qazanıblar.


2 il əvvəl