• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun zamanı yetişdi

1 oktyabr saat 19:00-da Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu start götürəcək.

 

Dünya səviyyəli spikerlerin çıxış edəcəyi beynəlxalq forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etməkdir.

 

"Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

 

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edəcək.

 

Onlayn formatda keçiriləcək forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Schleicher, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yaradıcısı Maykl Fullan,  dünyada məşhur "edX" platformasının qurucusu, MIT-in professoru Anant Agarwal, psixoloq, yazıçı, Türkiyədə və İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan "Khan Academy"-nin qurucusu Sal Khan öz təcrübələrini bölüşəcəklər.

 

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.

 

Beynəlxalq forumun proqramı ilə müvafiq linkdən tanış ola bilərsiniz: https://bit.ly/3mibDCw

 

“Youtube” üzərindən canlı yayımlanacaq forumu müvafiq linkə keçid edərək izləyə bilərsiniz: https://bit.ly/3kVbjds


2 il əvvəl