• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkiyə Respublikasının Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunun 2018/2019-cu tədris ili üçün təqaüd proqramı

Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu xarici ölkələrin dövlət qulluqçuları üçün təqaüd proqramı elan edir. Ölkə: Türkiyə Respublikası Təhsil səviyyələri: Magistratura və doktorantura İxtisaslar: Politologiya, Dövlət idarəçiliyi Tədris dili: İngilis dili Aylıq təqaüd: Magistratura təhsil səviyyəsi üzrə aylıq 850 türk lirəsi, doktorantura təhsil səviyyəsi üzrə aylıq 1200 türk lirəsi. Son müraciət tarixi: 17 iyul 2018-ci il Qeyd: Ərizə forması və tələb olunan bütün digər sənədlər 17 iyul 2018-ci il tarixinə kimi enderun@todaie.edu.tr elektron poçt ünvanına göndərilməlidir.   Ətraflı məlumat üçün keçid: http://www.todaie.edu.tr/genel/bizden_detay_eng.php?kod=1908&tipi=67

Peşə Təhsil Mərkəzində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!

Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə aşağıdakı sahələr üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir: • İKT (Veb-dizayn, şəbəkənin quraşdırılması və təmiri, proqramlaşdırma) • Avtomobil (Mühərrikin təmiri, korpusun təmiri və boyanması, elektrik ) • Mexanika (Ümumi mexanika, CNC-tornaçı və frezləmə dəzgahlarının işi, Auto CAD/CAM) • Sənaye sahəsində quraşdırma (Xüsusi qaynaq, qövs qaynaq santexnika) • Elektrik (PLC & İdarəetmə qurğusu, elektromontaj işləri, texniki xidmət) • Elektronika (Elektrik avadanlıqlarının təmiri, rəqəmsal-mikroprosessor, Analoq -ümumi elektron sxemlər) • Avtomatlaşdırma (İstehsal proseslərinin avtomatlaşdırılması, hidravlika, pnevmatika) • İnşaat (Auto CAD, dülgər, interyer) Müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum 2 il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər. İşə qəbul olunan mütəxəssislərə 2 ay müddətində Bakıda koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti 3 ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir. Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əmək haqqı yüksəkdir. İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 1-dək CV-lərini office@vet.edu.gov.az  elektron poçt ünvanına  göndərə bilərlər. Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Azərbaycan Respublikası Təhsil Nazirliyi vakant Aparat rəhbəri vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir

Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki  təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir: ∙ ərizə; ∙ əmək kitabçasının surəti; ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədnin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi  haqqında  müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə); ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir); ∙ bir ədəd ağ  fonda rəngli foto şəkil (4×6); ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  21 may 2018-ci il tarixdən 05 iyun 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz Telefonlar: 599-11-55 (dax: 52-28)   Vəzifə: Aparat, Aparatın rəhbəri Vəzifənin kodu: Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 3-cü təsnifat Vəzifə maaşı: 1110 manat   Qulluq funksiyaları: Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin əmr və sərəncamlarının, digər normativ hüquqi aktların nazirliyin struktur bölmələri tərəfindən yerinə yetirilməsinə nəzarət edilməsi, nazirliyin aparatı və təhsil sisteminə daxil olan müəssisələr tərəfindən  təhsil siyasətinin həyata keçirilməsinə, direktiv orqanlara göndərilən hesabat, məktub və arayışların hazırlanmasına nəzarətin edilməsi, nazirliyin struktur bölmələrinin onların Əsasnamələrinə uyğun fəaliyyətinə nəzarətin  edlməsi, görülmüş işlərlə bağlı rəhbərliyə hesabat və məlumatın verilməsi, struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi və tədbirlərin görülməsi, rəhbərliyin tapşırığına uyğun olaraq kollegiya, müşavirə, seminar və s.tədbirlərin keçirilməsinə rəhbərlik edilməsi, ictimaiyyətlə və KİV-ləri ilə əlaqələrin təşkili məsələlərinə rəhbərlik, kargüzarlığın aparılmasI, arxivin komplektləşdirilməsi və mühafizəsi işinə nəzarətin təşkili, təhsil müəssisələrinin və nazirliyin aparatının kadr təminatının mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarətin təmini.   Vəzifənin tutulması şərtləri: təhsil: təhsil ixtisas qrupları, Humanitar və sosial ixtisaslar qrupu,İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil; iş stajı:I dövlət qulluğunda rəhbər vəzifədə 3 ildən az olmamaqla 6 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 9 il iş stajı; kompüter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s.(yüksək səviyyədə), xarici dil: rus və ingilis dilləri (yüksək səviyyədə)

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün dəftərxana ləvazimatlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Simplex” QSC qalib elan edilmiş və həmin təşkilat ilə 4 iyun 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanılmışdır.

Kotirovka sorğusu barədə bildiriş

Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Nazirliyin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovka sorğusu metodu ilə satın alınması haqqında bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi internet saytında (www.tender.gov.az) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) 25 may 2018-ci il tarixində yerləşdirilmişdir. Kotirovka sorğusunda iştirak barədə 2 (iki) müəssisə müraciət etmiş və müvafiq sənədləri ilə birlikdə təkliflərini bağlı zərfdə 29 və 30 may 2018-ci il tarixlərində Təhsil Nazirliyinin vətəndaşların qəbul otağına təqdim etmişlər. Təhsil Nazirliyinin tender komissiyasının 31 may 2018-ci il tarixində keçirdiyi iclasda  təkliflərin sayı üçdən az olduğu üçün  “Dövlət satınalmaları haqqında” Qanunun 11.1.-ci maddəsinə əsasən tender prosedurunun baş tutmaması və onun davamından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə kotirovka sorğusu iştirakçılarına rəsmi məlumat verilmiş və təklif zərfləri açılmadan onlara geri qaytarılmışdır.   Tender komissiyası

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatı üçün mal və materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Səma-AF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 31 may 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılmışdır.

Açıq tenderə dəvət

Satınalma müqaviləsi bağlanılmasına dair məlumat

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi əhatə dairəsinə aid rayonların yerli təhsili idarəetmə orqanının tabeliyində olan və mərkəz tərəfindən maliyyələşdirilən müəssisələr  üçün oduncaq yanacağının alınması üçün keçirilmiş açıq tender prosedurunda  iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açır tender prosedurunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən  “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 30 may 2018-ci il tarixində satınalma müqaviləsi bağlanmışdır.

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı üçün təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən  “Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 30 may 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.

Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsinin elanı

Təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əladə etmək və kadr hazırlığını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafı üzrə qrant müsabiqəsi elan edir.   Müsabiqədə iştirak: Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan Qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.   Müsabiqədə iştiraka dair tələblər: Qeyri-hökumət təşkilatları qranta müraciətlə bağlı aşağıdakı sənədləri təqdim etməlidir: 1. Layihə təklifi (Əlavə 2); 2. Layihənin icra planı (Əlavə 6); 3. Layihənin xərclər smetası (Əlavə 5); 4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış); 5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti 6. Təşkilatın Nizamnaməsinin surəti 7. Təşkilatın VÖEN-nin surəti 8. Təşkilat haqqında məlumat 9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti; 10. Layihə heyətində iştirak edən şəxslərin CV-ləri; 11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış; 12. Ümumi təhsil pilləsində, xüsusilə də, ibtidai təhsil səviyyəsində təhsilalanların fiziki-psixi sağlamlığı baxımından  müstəsna rolu olan (ətraf aləmin tam şəkildə dərk edilməsini, emosional stabilliyin qorunması və təlim marağının yüksəldilməsini təmin edən) inteqrativ təlim  texnologiyalarının  tətbiqi ilə bağlı təcrübəsini  təsdiq edən aşağıda qeyd edilən məlumatların təqdim edilməsi: - təlimlərin təşkili və keçirilməsi prosesinin qısa xülasəsi; - təlimdən keçmiş müəllimlərin siyahısı; - ətraf aləmin tam dərk edilməsini təmin edən inteqrativ dərs modelinə dair dərsin cari planlaşdırılması  nümunələri;   Layihələrin təqdim edilməsi: Ərizələr  elektron formada st2018@edu.gov.az ünvanına göndərilməlidir.   Qiymətləndirmə meyarları: 1.   Təhsil sahəsi üzrə layihələrdə qurumun təcrübəsi. 2.   Layihənin icrasına dair  dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin  olması. 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssilərin oxşar məqsədli  layihələrdə iştirak təcrübəsi; 4. İcraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrində iştirakı. 5.   Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması. 6.   Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi. 7. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Layihələrin qəbulu 29 may 2018-ci il tarixindən başlayır və 04 iyun 2018-ci il tarixində başa çatır. Layihələrin qəbulu üçün son tarix: 04 iyun 2018-ci il, saat 18:00.   Əlaqə: Ünvan: Bakı şəhəri, Xətai 49 Telefon: 146 Elektron poçt: st2018@edu.gov.az

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı