SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Kotirovka sorğusu barədə bildiriş
Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Nazirliyin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovka sorğusu metodu ilə satın alınması haqqında bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi internet saytında (www.tender.gov.az) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) 25 may 2018-ci il tarixində yerləşdirilmişdir.
Kotirovka sorğusunda iştirak barədə 2 (iki) müəssisə müraciət etmiş və müvafiq sənədləri ilə birlikdə təkliflərini bağlı zərfdə 29 və 30 may 2018-ci il tarixlərində Təhsil Nazirliyinin vətəndaşların qəbul otağına təqdim etmişlər.
Təhsil Nazirliyinin tender komissiyasının 31 may 2018-ci il tarixində keçirdiyi iclasda təkliflərin sayı üçdən az olduğu üçün “Dövlət satınalmaları haqqında” Qanunun 11.1.-ci maddəsinə əsasən tender prosedurunun baş tutmaması və onun davamından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə kotirovka sorğusu iştirakçılarına rəsmi məlumat verilmiş və təklif zərfləri açılmadan onlara geri qaytarılmışdır.
Tender komissiyası