• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz. Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər. Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 29 iyun 2018-ci il tarixindən 29 iyul 2018-ci il tarixinədək (30 gün müddətində) elektron müraciət etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 03.07.2018-ci il tarixində saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyi aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 29.06. 2018-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Açıq tenderin nəticələrinə dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilinə ümumi təhsili həyata keçirən dövlət təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsaitlərin) çapına dair 27 aprel 2018-ci il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən I lot üzrə “Təhsil” Nəşriyyat Poliqrafiya MMC, II lot üzrə “Şərq-Qərb” ASC, III lot üzrə “Radius” MMC və IV lot üzrə “Çaşıoğlu Elm-İstehsalat”  MMC tenderin qalibi olub və 21 iyun 2018-ci il tarixində həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılıb.   Tender komissiyası

Açıq tender elanı

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə İstilik enerjisi (quru odun yanacaginin) işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 20 İyun 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

UFAZ-da işə qəbul elanı

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan, içməli su üçün nəzərdə tutulan çənlərin təmizlənməsi, yuyulması və dezinfeksiyası xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “SAN PROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 iyun 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Açıq tender elanı

“Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi

Tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və s. işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” layihəsinin 2018-ci ildə inkişafı üçün qrant müsabiqəsini elan edir.   Müsabiqədə iştirak: Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.   Müsabiqədə iştiraka dair tələblər: Bakı şəhəri və eyni zamanda regionlarda yerləşən ali və orta ixtisas təhsil müəsissələrində tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdır. Təqdim ediləcək layihələr ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidirlər.   Layihələrin təqdim edilməsi: Layihə təklifləri 20 iyun 2018-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron poçt konullu2018@edu.gov.az vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar aşağıdakı sənədləri təqdim etməlidir: • Layihə təklifi (Əlavə 1); • Layihənin xərclər smetası (Əlavə 2); • Layihənin icra planı (Əlavə 3); • QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; • Təşkilatın Nizamnaməsinin surəti; • Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti; • Təşkilatın VÖEN-nin surəti; • Təşkilatın fəaliyyəti haqqında qısa məlumat; • Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV).   Qiymətləndirmə meyarları: 1. Qurumun təcrübəsi; 2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması; 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi; 4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması; 5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Layihələrin qəbulu 12 iyun 2018-ci il tarixdən başlayır və 20 iyun 2018-ci il tarixdə başa çatır.   Layihələrin qəbulu üçün son tarix: 20 iyun 2018-ci il, saat 18:00.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı