• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə Təhsil Mərkəzində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!

Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə aşağıdakı sahələr üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir:

İKT (Veb-dizayn, şəbəkənin quraşdırılması və təmiri, proqramlaşdırma)

Avtomobil (Mühərrikin təmiri, korpusun təmiri və boyanması, elektrik )

Mexanika (Ümumi mexanika, CNC-tornaçı və frezləmə dəzgahlarının işi, Auto CAD/CAM)

Sənaye sahəsində quraşdırma (Xüsusi qaynaq, qövs qaynaq santexnika)

Elektrik (PLC & İdarəetmə qurğusu, elektromontaj işləri, texniki xidmət)

Elektronika (Elektrik avadanlıqlarının təmiri, rəqəmsal-mikroprosessor, Analoq -ümumi elektron sxemlər)

Avtomatlaşdırma (İstehsal proseslərinin avtomatlaşdırılması, hidravlika, pnevmatika)

İnşaat (Auto CAD, dülgər, interyer)

Müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum 2 il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər.

İşə qəbul olunan mütəxəssislərə 2 ay müddətində Bakıda koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti 3 ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir.

Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əmək haqqı yüksəkdir.

İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 1-dək CV-lərini office@vet.edu.gov.az  elektron poçt ünvanına  göndərə bilərlər.

Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.


6 il əvvəl