SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası Təhsil Nazirliyi vakant Aparat rəhbəri vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir
Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
∙ ərizə;
∙ əmək kitabçasının surəti;
∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədnin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə);
∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);
∙ bir ədəd ağ fonda rəngli foto şəkil (4×6);
∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 21 may 2018-ci il tarixdən 05 iyun 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz
Telefonlar: 599-11-55 (dax: 52-28)
Vəzifə: Aparat, Aparatın rəhbəri
Vəzifənin kodu:
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49
İnzibati vəzifənin təsnifatı: 3-cü təsnifat
Vəzifə maaşı: 1110 manat
Qulluq funksiyaları: Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin əmr və sərəncamlarının, digər normativ hüquqi aktların nazirliyin struktur bölmələri tərəfindən yerinə yetirilməsinə nəzarət edilməsi, nazirliyin aparatı və təhsil sisteminə daxil olan müəssisələr tərəfindən təhsil siyasətinin həyata keçirilməsinə, direktiv orqanlara göndərilən hesabat, məktub və arayışların hazırlanmasına nəzarətin edilməsi, nazirliyin struktur bölmələrinin onların Əsasnamələrinə uyğun fəaliyyətinə nəzarətin edlməsi, görülmüş işlərlə bağlı rəhbərliyə hesabat və məlumatın verilməsi, struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi və tədbirlərin görülməsi, rəhbərliyin tapşırığına uyğun olaraq kollegiya, müşavirə, seminar və s.tədbirlərin keçirilməsinə rəhbərlik edilməsi, ictimaiyyətlə və KİV-ləri ilə əlaqələrin təşkili məsələlərinə rəhbərlik, kargüzarlığın aparılmasI, arxivin komplektləşdirilməsi və mühafizəsi işinə nəzarətin təşkili, təhsil müəssisələrinin və nazirliyin aparatının kadr təminatının mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarətin təmini.
Vəzifənin tutulması şərtləri: təhsil: təhsil ixtisas qrupları, Humanitar və sosial ixtisaslar qrupu,İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil; iş stajı:I dövlət qulluğunda rəhbər vəzifədə 3 ildən az olmamaqla 6 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 9 il iş stajı; kompüter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s.(yüksək səviyyədə), xarici dil: rus və ingilis dilləri (yüksək səviyyədə)