• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycana xoş gəlmisiniz!” beynəlxalq onlayn görüş

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə turizm və ekologiya mövzusuna həsr olunmuş “Azərbaycana xoş gəlmisiniz!” adlı beynəlxalq onlayn görüş keçirilib.

 

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar onlayn platformada təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin turizm və səyahətlə məşğul olan uşaq və gənclərini bir araya gətirmək, onlar arasında dostluq əlaqələri yaratmaq, xaricdə yaşayan uşaq və gənclərə Azərbaycanın tarixi və görməli yerlərini tanıtdırmaq, uşaq və gənclərdən ibarət turist qruplarını Azərbaycana səyahətə cəlb etməkdən ibarət olub.

 

Görüşdə Belarus, Ukrayna, Rusiya, Moldova, Qazaxıstan, Tacikistan və Azərbaycanın uşaq-gənclər inkişaf mərkəzlərinin, gənc turist və diyarşünaslıq stansiyalarının turizm, diyarşünaslıq və ekoloji istiqamətlər üzrə dərnəklərində məşğul olan 12-17 yaşlı məktəblilər və pedaqoji heyət iştirak edib.

 

İştirakçılar Azərbaycan haqqında - onun tarixi, təbiəti, memarlığı, mətbəxi, adət-ənənələri barədə bildikləri məlumatları bölüşüb, onlayn platformada təqdimatlarla, Azərbaycanın görməli və səfalı yerləri ilə tanış olublar. Həmçinin mərkəzin “Gənc səyahətçilər” dərnəyinin təklif etdiyi yeni layihələr və səyahətlər barədə müzakirələr aparılıb.


3 il əvvəl