• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu davam edir. Belə ki, martın 10-da  Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsilə elektron formada həyata keçirilib.   Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək.   Xatırladaq ki, ötən gün 4 mərkəzdə keçirilən informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turunda 160 nəfər şagird iştirak edib.   Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Peşə təhsili üzrə teledərslərin 9 mart cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 5 mart tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilir

Martın 8-də  informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turu keçirilir. Olimpiada ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edir. Olimpiadada şagirdlərə  həll etmək üçün 5 alqoritmik məsələ təqdim edilib.   Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Direktorluğa qəbul üzrə imtahanlar keçirilir

Martın 6-da direktorların işə qəbulu üzrə test imtahanlarına start verilib. 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil olunan imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.    İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.   İmtahanlar martın 7-də də davam edəcək.

İstedadlı məktəblilərin uğur hekayələri - sabahın alimləri

İstedadlı məktəblilərin uğur hekayələri   Məlumdur ki, yüksək elmi zirvələrə gedən yol məktəbdən keçir. Məhz orta  məktəbdə qazanılan biliklər elm yolunu seçənlərin, eləcə də ölkənin gələcəyi üçün töhfələr verməyə hazır olanların gələcək uğur salnaməsini müəyyən edir. Son illər məktəblilər arasında elmi tədqiqatçılığın təşviq olunması yolunda Təhsil Nazirliyi tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində öz düşüncələrini, zəkalarının məhsulunu ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. “Sabahın alimləri”  elm müsabiqəsi də belə tədbirlərdən biridir.   Artıq 10-cu dəfədir keçirilən müsabiqənin fevralın 2-də açıqlanmış nəticələrinə əsasən, müxtəlif kateqoriyalar üzrə qalib elan olunmuş 7 layihə Amerikada keçiriləcək ənənəvi İSEF - Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək hüququ qazanıb.   Ölkəmizi İSEF - Mühəndislik Sərgisində təmsil edəcək şagirdlər “Azərbaycan müəllimi”nə öz layihələri barədə danışdılar.   Əzələ hərəkətlərini danışığa çevirən cihaz   Sumqayıtdakı 11 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Banuçiçək Kərimli və IX sinif şagirdi Murad Məmmədzadənin müsabiqəyə təqdim etdiyi  layihənin adı “Smart Speech Synthesizer”dır. Bu, üz əzələ hərəkətlərini danışığa çevirən cihazdır. Olduqca maraqlı və aktual olan bir yaradıcılıq məhsuludur. Layihə barədə məlumat verən B.Kərimli qeyd edir ki, layihəmizin əsas məqsədi nitq qüsurlu insanların ətraf mühitlə ünsiyyətini təmin edərək onların həyat keyfiyyətini yüksəldəcək Danışıq Sintezi İnterfeysi (DSI) yaratmaqdır.   - Layihəmiz 3 əsas problemi həll edir. Məlumdur ki, nitq qüsurlu insanlar ətraf mühitlə ünsiyyət qura bilmirlər. Bu insanlar arasında işarə dilinin məhdud istifadə olunması və iş tapmaqda çətinlik çəkmələridir. Bu problemlərə həll yolu olaraq əzələ hərəkətlərini danışığa çevirən cihaz təklif edirik. Layihəmizdən nitq qüsurlu insanlar faydalana biləcəklər.  Cihazımızın işləmə qaydası belədir:  EMG elektrod, yəni əzələ sensoru  xəstə insanın yanaq əzələlərinə bərkidilir. Əzələ hərəkətlərini nitqə çevirən kod vasitəsi ilə insanların əzələ hərəkətləri səsləndirilir. Bizim fərziyəmizə əsasən təklif etdiyimiz model daha dayanıqlı və davamlı EMQ (elektromioqrafiya) potensialları əsasında mükəmməl sistem qurmağa imkan verəcək. Əvvəlki oxşar sistemlərlə müqayisədə biz daha dayanıqlı, davamlı və mükəmməl interfeys icad etmişik. İstifadə etdiyimiz naqilsiz EMQ əlillərin danışığının rahat sintezini təmin edəcək. Layihəmizi təkmilləşdirmək gələcək planlarımızdan biridir. Cihazımızı optimallaşdırmaq, daha böyük bir kütləyə təqdim etmək və qlobal bazara daxil olmaq da məqsədimizdir.   Standart məsələlərin qeyri-standart həlli   Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Rafiq  Qasımovun riyaziyyat nominasiyası üzrə təqdim etdiyi layihə  tədris prosesinin təkmilləşdirilməsi və optimal variantların axtarılıb tapılması nöqteyi-nəzərindən maraq kəsb edir.   - Məlumdur ki, bəzi tənliklər və tənliklər sistemlərini standart üsullarla  həll etmək cəhdi çox vaxt böyük çətinliklər yaradır. Lakin həmin tənlik və tənliklər sistemini triqonometrik funksiyaların xassələrindən istifadə etməklə həll etmək daha əlverişli olur və məsələnin həllini xeyli asanlaşdırır. “Triqonometriyanın köməyi ilə bəzi cəbri misalların həlli”  adlı layihəmdə mən cəbri misalların triqonometrik əvəzetmələrin köməyilə həllinə çalışmışam. Həll etdiyim tənlikləri analitik üsulla həll etmək xeyli çətin olduğundan,  düşünürəm ki, göstərdiyim həll üsulu riyaziyyatla dərindən  maraqlananlar üçün çox faydalı ola bilər. Layihə üzərində işləyərkən mənə göstərdiyi diqqət və qayğıya görə elmi rəhbərim, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru V.Sərdarova  öz dərin təşəkkürümü bildirirəm.   Almazdan bərk material    Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin XI sinif  şagirdi Emin Xəlifəyevin  “Super sərt ion birləşmələrinin tədqiqi” mövzusunda layihəsi müasir fiziki-kimyəvi  tədqiqatlarda ən çox maraq doğuran problemin həllinə  həsr olunub. E.Xəlifəyev elmi rəhbəri, kompleksin müəllimi  doktor Fransis Manto ilə üzərində işlədiyi layihə barədə fikirlərini bölüşür:   - Məlumdur ki,  təbiətdə ən sərt maddə Moos şkalası üzrə on balla qymətləndirilən almazdır. Lakin bugünkü reallıqlar yeni yüksəkbərkilyə malik materialların kəşf olunmasını  tələb edir. Tədqiqatımın məqsədi sərtliyinə görə almaz ilə müqayisə olunan, lakin hərbi sənayedə (bıçaq və saper kəsiciləri), konveyer istehsalında (çilingər və yonma dəzgahları), cərrahiyyədə (skalpellər və oftalmoloji bıçaqlar) daha əlverişli və praktik olan materialları aşkar etməkdir.   Layihə üzərində işləyərkən mən kristal kimya və  bərk maddənin mexaniki modelləşdirilməsi prinsiplərindən istifadə edərək 40.000-dən çox hipotetik birləşməni araşdırdım. Layihəm təklif olunan materialların səmərəliliyinin artırılması və daha keyfiyyətli məhsulların maya dəyərinin aşağı salınması üçün işçi səthinə tətbiq edilməsinı nəzərdə tutur.   Qıcolmaların həllində innovativ yanaşma   Bakı Avropa liseyinin X sinif şagirdi  Faiq Qasımovun tibb və sağlamlıq sahəsinə həsr olunmuş  tədqiqat işi də cəlbedici və aktuallığı ilə seçilir. Müasir tibbin  ən problemli məsələlərindən olan - qıcolmaların diaqnostikasına həsr olunmuş layihənin tam adı “NİRS neonatal qıcolmaların diaqnostikasında innovativ yanaşma”dır.  Göründüyü kimi, tədqiqat işi ənənəvi tibbi problemlərin həllinə innovativ yanaşmanı özündə ehtiva edir ki, bu da  şagirdlərimizdə elmi yenilikçi ruhun yüksək olmasından xəbər verir:   - Layihəm müasir tibbin ən aktual, hələ də öz həllini tapmamış problemlərindən biri olan körpə ölümü və erkən əlillik probleminə həsr olunub.   Məlumdur ki, əlil olan uşaqların bir çoxu körpəlikdə qıcolmalar keçirib. Bunu əsas tutaraq apardığım tədqiqatda qeyri-invaziv metod olan infraqırmızı spektrometriyadan qıcolmaların erkən diaqnostikasında istifadə etmişəm, eyni zamanda aparılan müayinə metodu ilə beyin zədələnmələrinin ağırlıq dərəcəsini müəyyən etməyə nail olmuşam. Beləliklə də alınan nəticələrin vasitəsi ilə gələcəkdə körpələri qıcolmalar baş vermədən öncə müayinə etmək mümkün olacaq ki, bu da effektiv müalicə metodunun seçimində köməklik edəcək.   Virtual laboratoriya   Bakıdakı 260 nömrəli tam orta məktəbin X sinif şagirdi İlkin Səmədovun və BDU nəzdindəki “Gənc istedadlar” liseyinin X sinif şagirdi Əli Əkbərzadənin tədqiqat işi “Tədrisdə virtual laboratoriyanın yaradılması və onun tətbiqi” kimi maraqlı bir mövzuya həsr olunub. İ.Səmədovun sözlərinə görə, tədris prosesində müasir   virtual təlim texnologiyalarından istifadə  mühüm əhəmiyyət kəsb edir.   -  Bu, özünü pandemiya dövründə də büruzə verdi. Təqdim olunan iş biologiya dərslərində istifadə üçün virtual laboratoriyaların yaradılmasına həsr olunmuş və mühüm nəticələr əldə edilmişdir. Eksperimentin alqoritmi qurulmuş və  onun “Unity” proqram dilində proqramı yazılmışdır. Yekun olaraq virtual laboratoriya hazırlanmışdır.   İ.Səmədov qeyd edir ki, bütün inkişaf etmiş ölkələrin ali və orta məktəblərində tədrisdə virtual laboratoriyaların yaradılmasına və tətbiqinə böyük üstünlük verilir. Bu isə tədrisdə əyaniliyi  təmin etmək, tələbə və şagirdlərin  diqqətini tədrisə cəlb etmək üçün böyük rol oynayır. Virtual laboratoriyaların yaradılmasının bir sıra üstünlükləri vardır.  Birincisi, bu laboratoriya  şagirdlərin təhlükəsizliyini təmin edir, ikincisi isə maddi tərəfdən daha əlverişlidir. Çünki aparılan canlı tədqiqatlar zamanı istifadə olunan maddələr və ləvazimatlar böyük miqdarda maliyyə vəsaiti tələb edir.   İtkiləri azaldan robot - “Army Bot”   Bakıdakı  akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Məhəmməd  Abbaslının “Army Bot” adlı layihəsi öz müasirliyi və orijinallığı ilə seçilir.   - Layihəmin əsas məqsədi hərbi sahədə insan itkisinin qarşısının alınması, eləcə də  insan rolunun azaldılmasını nəzərdə tutur. Amma burada bir neçə məqamı qeyd etmək lazımdır:1)Düşmən tərəfi haqqında informasiya toplamaq; 2)Hərbçilərə müəyyən sənədlərin, yüklərin çətin keçilən yollarla çatdırılması; 3)Sərhədin qorunması; 4)Yerli şərait haqqında (hava, relyef, iqlim şəraiti) məlumatın əldə olunması. Bu robotun boyük effektivliyini nəzərə alaraq insan itkilərini azaltmaq olar. Məsələn, bu robot tamamilə kəşfiyyatçıların və mina axtaranların işini əvəz edə bilər.   “RNT-lər və zülallar”   Bakı Dövlət Universiteti  nəzdində “Gənc istedadlar”  liseyinin X sinif şagirdləri Rəfsan Həbibullayev və Tamilla Süleymanovanın “biologiya” kateqoriyası üzrə tədqiqat layihəsi  “RNT-lər və zülallar”   mövzusuna həsr olunub.   Şagirdlərimiz  qeyd edirlər ki, layihənin məqsədi insan, bəzi məməlilərdə və ali bitkilərdə eyni istiqamətli, yaxın, qonşu gen cütlərini genom miqyasında müəyyənləşdirmək və həmin genomların hüceyrə differensiasiyası, xərçəng və qocalmada rol oynayan eyni istiqamətli (quyruq-baş) və yaxın qonşu transkripsiya ilə induksiya olunan ximer RNT-lərin törənmə potensialını müqayisəli surətdə qiymətləndirmək olub.   - Biz elmi rəhbərimiz, AMEA Biofizika İnstitutu İnteqrativ Biologiya laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, biologiya elmləri  doktoru, professor  İlham Şahmuradovun köməyi ilə bu layihədə insan və 4 məməli heyvanın (rezus meymunu, şimpanze, ev siçanı və adi siçovul) və 6 ali bitkinin (soya, qara yonca, qara qovaq, pomidor, şərab üzümü və qarğıdalı) nüvə genomlarında ximer RNT-lər törətmə potensialına malik quyruq-baş gen cütlərini müəyyənləşdirmişik. Analiz olunmuş genomların hər birində quyruq-baş gen cütlərinin ümumi sayı təxminən 9700-19900, yaxın qonşu, yaxud qismən kəsişən quyruq-baş gen cütlərinin sayı təxminən 100-640 intervalında dəyişir. Yəni, bu genomların hər birində, xüsusən də qismən kəsişən gen cütlərinin ximer transkript törətmək potensialına malik quyruq-baş gen cütləri vardır.   Sonda qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il keçirilən “Sabahın alimləri” kimi bilik yarışları, fənn olimpiadaları hər bir şagird üçün öz imkan və qabiliyyətlərini nümayiş etdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, şagirdlər arasında bu cür müsabiqələrə maraq ildən-ilə artır.   "Azərbaycan müəllimi" qəzeti

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin 7-ci iclası keçirilib

Martın 5-də Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin yeddinci iclası keçirilib.   Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.    İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında sözügedən alt komitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. 

Fevral ayı üçün tanınma üzrə müraciətlərin statistikası

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən fevral ayı üçün tanınma üzrə müraciətlərə dair statistik məlumat açıqlanıb.  Belə ki, qeyd edilən ay üzrə baxılmış 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 45, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 1 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb. İxtisas seçimlərində iqtisadiyyat üzrə 47, hüquqşünaslıq  üzrə 41,  tibb üzrə 32, maliyyə üzrə 27, menecment üzrə 20, biznesin idarə edilməsi üzrə 18, mühəndislik üzrə 14, beynəlxalq münasibətlər  üzrə 14, mühasibat uçotu üzrə 8, turizm üzrə 7, kompüter elmləri üzrə 5, tarix üzrə 3, riyaziyyat üzrə 3 və digər ixtisaslar üzrə 35 nəfər müraciətçi qeydə alınıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 74, Ukraynadan 71, Türkiyə Respublikasından 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarus Respublikasından 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur. Vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə edilir.  

Apellyasiya Şurasının növbəti iclası

Martın 5-də təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Qax Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə və Şamaxı Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Elturan Qasımovun, Sabirabad Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Şükufə Məmmədovanın, Gədəbəy Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd İlkin Abbasovun, Tovuz Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd İslam Məmmədlinin, Ucar Rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsinə namizəd Zaur Rüstəmovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 4 nəfərin şikayətinin  təmin olunması,  iki vəzifə üzrə isə şikayətin təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.

Direktorların işə qəbulu üzrə test imtahanlarına start verilir

Cari ilin 6-7 mart tarixlərində Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçiriləcək.   Test imtahanlarında elektron ərizəsi qəbul edilmiş 3330 namizədin iştirakı nəzərdə tutulub.   İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.   İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.   Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

TKTA işəgötürənləri peşə təhsili üzrə sorğuda iştirak etməyə dəvət edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi işəgötürənləri peşə təhsili üzrə prioritet ixtisasların müəyyən edilməsi ilə bağlı sorğuda iştirak etməyə dəvət edir. Belə ki, peşə təhsili üzrə qiymətləndirilmə və tanınma həyata keçiriləcək ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla müəyyən edilir. Bu məqsədlə, Agentlik tərəfindən əmək bazarında işçi qüvvəsinə olan tələb və təkliflərin təhlil olunması, eləcə də prioritet peşə sahələrinin müəyyən edilməsi yönündə sorğu həyata keçirilir.   Qeyd edək ki, Agentlik peşə təhsili üzrə qeyri-formal və informal yollarla təhsil almış şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsini həyata keçirir. Faəliyyətin məqsədi vətəndaşların əmək bazarına çıxış imkanlarını genişləndirməklə onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək verməkdir.   Yekunda sorğunun nəticələri hesabat formasına salınaraq ictimailəşdiriləcək. Sorğuda iştirak etmək istəyən işəgötürənlər 10 mart 2021-ci il tarixinədək müvafiq onlayn formanı doldurmalıdır.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı