• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 13 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 6 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Onlayn müsahibələrə sənəd qəbulu başlayır

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.   Namizədlər aprelin 13-dən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Daha sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanları müvafiq xanaya yazılmaqla iştirak təsdiq edilməlidir.   Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.   Qeyd edək ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək.   Cari müsahibələr başa çatdıqdan sonra apellyasiya prosesinin təşkili nəzərdə tutulub.

““Sağlam Təhsil–Sağlam Millət” layihəsi üzrə qrant müsabiqəsi

““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu prosesi davam edir.   Müsabiqədə iştirak üçün müraciət sənədləri 20 aprel 2021-ci il saat 18:00-dək elektron formada saglamtehsil@edu.gov.az ünvanına göndərilməlidir.   Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.   Qeyd edək ki, sözügedən layihə ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilir.

Təhsil ixtisası üzrə ikili diplom proqramı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul davam edir.   Son qəbul tarixi 20 aprel 2021-ci ildir. Sənədlər göstərilən tarixədək aspu_gwu@adm.dp.edu.az elektron ünvana göndərilməlidir.   Proqram Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən birgə icra edilir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 2 il müddətində həyata keçiriləcək magistratura proqramına 25 nəfərin qəbul edilməsi nəzərdə tutulur.   İkili diplom proqramının təşkil olunmasında məqsəd ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, bu sahədə Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları vasitəsilə müasirləşdirilməsinə dəstək göstərilməsidir.   Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.   Proqramın məzunları liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf sahələri kimi bacarıqlara yiyələnəcəklər.   Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri və Corc Vaşinqton Universitetinin seçimi əsasında aparılır. Müsabiqədə “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisaslarından hər hansı birinə aid bakalavriat səviyyəsi üzrə ali təhsil sənədi olan şəxslər iştirak edə bilərlər.   Daha ətraflı məlumat üçün: https://adpu.edu.az/images/PDF/ASPU-GWU_2021_3.pdf

“Dostluğun sehri” müsabiqəsi davam edir

“Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.   Cari ildə “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusuna həsr olunan müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəsildə idmana olan marağı artırmaq, idmanın hər birimiz üçün vacib olduğunu cəmiyyətə çatdırmaq, uşaqlarda tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların idmanla bağlı çəkdikləri rəsm əsərlərində bu mövzu ilə əlaqədar maraqlı fikir və düşüncələrini bilmək, dünya uşaqları arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq və gənc istedadları üzə çıxarmaqdan ibarətdir.   Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 4 mərhələdə keçirilir: I mərhələ - 15 mart - 15 aprel 2021-ci il. Müsabiqə ilə bağlı dəvətin göndərilməsi. II mərhələ - 15 aprel – 30 oktyabr 2021-ci il. III mərhələ - 30 oktyabr – 30 noyabr 2021-ci il. İşlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi. IV mərhələ - Müsabiqənin yekunu ilə bağlı sərginin keçirilməsi və qaliblərin mükafatlandırılması.   Müsabiqə üzrə tələblər aşağıdakılardır: Müsabiqədə dünya ölkələrinin məktəbliləri ilə yanaşı respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilər;       - Uşaqlar rəsmlərə yaradıcı yanaşmalı və sərbəst işləməlidir; - Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika , kollaj və s.); - Rəsmlərin formatı 60X40 sm ölçüdə olmalı, çərçivəyə salınmamalıdır; - Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər; - Müsabiqəyə qatılan təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək; - Müsabiqəyə aşağıda qeyd olunan mövzulara uyğun rəsm işləri göndərilməlidir; · İdman və ətraf mühit; · İdman və sülh; · İdman və texnologiya; · İdman və mədəniyyət; · İdman və dostluq; · İdman və inkluziya. - Müəllif haqqında məlumatlar çap edilərək rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır; - Müsabiqənin şərtlərinə cavab verməyən, o cümlədən, cinsi, irqi və milli ayrı-seçkiliyi, xalqlararası ədavəti və separatizmi təbliğ edən, ümumiyyətlə ümumbəşəri dəyərlərin əleyhinə olan işlər qəbul edilməyəcək; - Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır. Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (012) 498 39 23; (012) 498 39 17; (050) 391 47 06 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.   Proqram

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Aprelin 9-da təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunda məsləhətçi vəzifəsinə namizəd Yusif Quliyevin, Zərdab Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Firqiyyə Sadıqzadənin, Siyəzən Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Sahib Tağıyevin və İmişli Rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Bəhrəm Ədalət oğlunun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin  təmin olunması,  3 nəfərin  şikayətinin təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.

Növbəti tədris ili üçün İndoneziyanın KNB təqaüd proqramı

İndoneziya hökuməti 2021-2022-ci tədris ili üzrə KNB (Kemitraan Negara Berkembang /İnkişaf etməkdə olan Ölkələr Tərəfdaşlığı) təqaüd proqramını elan edir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.    Təqaüd proqramına müraciət üçün son tarix 5 may 2021-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Zəng et, psixoloji yardım al

Koronavirus pandemiyası ilə bağlı artıq xeyli müddətdir ki, insanlar evdə qalmağa, izoliasiya olmağa məcburdur. İnsanların uzun müddət evdə qalmaqları onlarda müxtəlif psixoloji pozuntuların yaranmasına səbəb olur. Bütün bu halları nəzərə alaraq Təhsil Nazirliyi 2020-ci ilin aprel ayından başlayaraq evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda müraciət edib yardım ala biləcəyi  yeni 146-3 “Qaynar xətt”i istifadəyə verdi.   Artıq bir ildir ki, fəaliyyət göstərən “Qaynar xətt” xidmətində vətəndaşlara psixoloji yardımı məktəb psixoloqları həyata keçirir. Diqqətə çatdıraq ki, vətəndaşlar həftə içi 5 gün, səhər saat 10-dan axşam saat 18:00-a qədər bu xidmətə zəng edərək faydalana bilərlər.   Onu da qeyd edək ki, bir il ərzində xeyli vətəndaş bu xidmətdən yararlanıb. Belə ki, 2020-ci ildə “Qaynar xətt”-ə 4789,  2021-ci il üzrə isə 562 zəng daxil olub. Daxil olan zənglər əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemləridir. Bundan başqa abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli də zəng  edənlər kifayət qədər üstünlük təşkil edir.   Bəs, vətəndaşlara psixoloji yardım necə göstərilir?   Öncə vətəndaş “Qaynar xətt” xidmətinə zəng edir. Vətəndaşla operatorlar tərəfindən qısa söhbət aparılır. Sonra xüsusi ixtisaslaşmış psixoloq tərəfindən heç bir ödəniş olmadan konsultasiya təşkil edilir. Psixoloq konsultasiya zamanı vətəndaşın hansı istiqamətdə psixoloji yardıma ehtiyacı olduğunu müəyyən edir. Beləliklə, vətəndaşa psixoloqlar tərəfindən yardım göstərilir, onunla mütamadi olaraq söhbətlər aparılır.   Psixoloqlar daha çox nələri tövsiyə edirlər?   Psixoloqlar müraciət edən valideynlərin bir çoxunun övladlarının onlayn dərslərə adaptasiyası olmaqda çətinlik çəkdiyini deyirlər. Bunu nəzərə alan psixoloqlar valideynlərə təmkinlə uşaqlara gündəlik plan hazırlamağı məsləhət bilirlər. Psixoloqlar həmçinin mövcud vəziyyəti problemli vəziyyət kimi deyil, ondan səmərəli istifadə etmək haqqında düşünməyi də tövsiyə edirlər. Uşaqlarla səmərəli vaxt keçirməli,  onların  hobbiləri  ilə  məşğul olmağın daha faydalı olacağını düşünürlər. Psixoloqlar eyni zamanda ev şəraiti olmasına baxmayaraq, şagirdləri fiziki aktivliyə cəlb etməli olduqlarını da vacib amillərdən hesab edirlər.   "Azərbaycan müəllimi" qəzeti

Dərslik layihələrinə dair ictimai rəy öyrənilir

2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Bu məqsədlə dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.   Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.   Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

Dərnək üzvlərinin beynəlxalq uğurları

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq onlayn müsabiqələrdə uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.   Belə ki, cari ilin fevral-aprel aylarında Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunan uşaq və gənclərin "Истоки" ("Mənbələr") Rus Mədəniyyəti III Beynəlxalq onlayn vokal festival-müsabiqəsinə qatılan mərkəzin iki gənc vokalçısı ölkəmizi layiqincə təmsil edib. Voklaçılardan Nilda Tanrıverdi müsabiqənin diplomantı adına layiq görülərək diplom ilə, Şölə Quliyeva isə fəal iştirakına görə fəxri fərmanla təltif olunub.   18 yanvar - 8 aprel 2021-ci il tarixlərində Belarus Respublikası Təhsil Nazirliyi Uşaq və Gənclərin Bədii Yaradıcılıq Milli Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Творчество без границ" ("Sərhədsiz yaradıcılıq") adlı VII Beynəlxalq festival-müsabiqəsində mərkəzin "Uşaq teatrı" və “Çiçəyim" uşaq teatrı studiyasının dərnək üzvləri uğurla iştirak edib. Pantomim və bədii söz nominasiyaları üzrə təşkil olunan onlayn müsabiqədə ayrı-ayrı yaş qrupları üzrə mərkəzin yetirmələri və “Çiçəyim" uşaq teatrı I, II, III dərəcəli diplomlarla təltif olunub.   2021-ci ilin fevral-mart aylarında İtaliyada keçirilən "Liberto creativa" Beynəlxalq onlayn müsabiqəsində rəqs nominasiyası üzrə mərkəzin "Azəri inciləri" rəqs qrupu "Qran-pri" mükafatı ilə, tar və saz alətində ifalarına görə Amin Kərimli və Nihat Babayev l dərəcəli diplom ilə təltif olunub, "Sazçalanlar" dərnəyinin rəhbəri İlqar Həsənov müsabiqənin ll dərəcəli laureatı adına layiq görülüb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı