SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
8000-ci buraxılış: “Dərs vaxtı” efirdədir
Aprelin 8-də “Dərs vaxtı” proqramının 8000-ci buraxılışı efirə gedib.
11 mart 2020-ci il tarixindən start verilən “Dərs vaxtı” proqramı həftəiçi 5 gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində tədris olunan fənlərlə yanaşı, müxtəlif adda telelayihələr də təqdim olunur: "Qüvvət elmdədir", "Elmin möcüzələri", "Virtual məktəb"də müəllimlərə dəstək, eşitmə çətinliyi olan uşaqlar üçün dərslər.
Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl