SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Fransa Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Fransa Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir. Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində təhsil alan və 1 sentyabr 2008-ci il tarixinədək 18 yaşı tamam olmuş bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan tələbələr, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. Magistratura pilləsində təhsil almaq üçün müsabiqədə 2007/2008 və 2008/2009-cu tədris illəri üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplayanlar, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. ərizə-əsaslandırma; 2. doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir); 3. tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur); 4. ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış (xarici ali məktəblərə özləri qəbul olunanlara aid deyildir); 5. ali məktəb tərəfindən verilən qiymət kitabçasından çıxarışın notariat qaydada təsdiq edilmiş surəti; 6. Ali məktəbin müvafiq təhsil pilləsində birbaşa (dil hazırlığı keçmədən) təhsil alacaq namizədlər üçün Fransiz dilini bilmək haqqında TCF imtahanının nəticələri (ixtisaslara uyğun müvafiq olaraq 350 və 400 baldan yuxarı). Namizədlərin müəyyən olunması üçün seçim prosesində üstünlük Fransız dilini bilənlərə veriləcəkdir; 7. tərcümeyi-hal (CV); 8. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil. Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Sənədlərin təqdim edilməsi üçün son müddət 30 iyul 2008-ci il. Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 164; 260).
08/07/2015 16:52
Mayın 6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirilib.
Mayın 6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nazir qonaqların Oslo Universitetinin idarəolunması, maliyyələşməsi, kredit sisteminin tətbiqi, ümumilikdə bu sahə üzrə ətraflı məlumat verəcəklərini diqqətə çatdırıb. Nazir, həmçinin Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı mövcud əlaqələr, qurulan əməkdaşlıqdan söz açıb və bildirib ki, təqdimatın keçirilməsində bu təhsil müəssisəsinin rolu böyükdür. Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg cari ilin fevralında Təhsil Nazirliyində keçirilən görüş barədə danışıb və həmin görüşdə Oslo Universiteti əməkdaşlarının nazirlikdə təqdimat-məruzə etməsinin qərara alındığını açıqlayıb. Səfir universitet əməkdaşlarını iştirakçılara təqdim edərək onların hazırladıqları təqdimatdan söz açıb. Oslo Universitetinin professoru xanım Vibeke Roggen “Oslo Universiteti: dünən, bu gün və sabahın tələbləri” mövzusunda təqdimat-məruzə edib. V.Roggen məruzəsində Norveç Krallığı haqqında ümumi məlumat, ali təhsil islahatı, təhsil siyasəti, Oslo Universitetinin fəaliyyət istiqamətləri, Boloniya prosesinə uyğun görülən işlər, tələbə mübadiləsi və s. məsələlərə toxunub. Tədbirdə ali təhsil müəssisələri və nazirliyin struktur bölmə rəhbərləri iştirak edib.
08/07/2015 16:52
Mayın 5-də Təhsil Nazirliyində 2008-2009-cu tədris ilinə ümumtəhsil məktəblərinin I sinifləri üçün milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması, nəşri və çapı işlərinə dair tender proseduru keçirilib.
Mayın 5-də Təhsil Nazirliyində 2008-2009-cu tədris ilinə ümumtəhsil məktəblərinin I sinifləri üçün milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması, nəşri və çapı işlərinə dair tender proseduru keçirilib. Dövlət əhəmiyyətli bu məsələnin mühümlüyünü nəzərə alaraq Təhsil Nazirliyinin tender komissiyasının iclasında nazir Misir Mərdanov da iştirak edib. İclasda 2008-2009-cu tədris ilinə I siniflər üçün dərslik komplektlərinin hazırlanması məsələsi ətrafında danışılaraq qeyd olunub ki, növbəti tədris ilinə 13 adda dərslik, 21 adda müəllim üçün vəsait və 15 adda şagirdlər üçün iş dəftərinin çapı nəzərdə tutulub. O da bildirilib ki, 34 adda 740 500 nüsxə dərslik və müəllim üçün vəsait dövlət hesabına çap olunaraq ümumtəhsil məktəblərinə pulsuz veriləcək. Şagirdlər üçün iş dəftəri isə nəşriyyatların hesabına çap olunacaq. Eləcə də tenderin «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ikimərhələli qaydada keçirildiyi, bununla bağlı elanın dövrü mətbuatda dərc olunduğu, tenderdə 10 nəşriyyat-poliqrafiya müəssisəsinin iştirakı barədə müraciət edildiyi və onlara tenderin “Əsas şərtlər toplusu”nun, “İbtidai təhsilin milli kurrikulumu” sənədlərinin verildiyi də qeyd olunub. Bildirilib ki, ikimərhələli tenderin I mərhələsi üçün təqdim olunası 31 təklifdən nazirliyə yalnız 19-u daxil olub, digər təkliflər ya işlənilməyib, ya da təqdim edilməyib. Məlumat üçün qeyd edək ki, təqdim olunan dərslik komplektləri kodlaşdırılaraq məzmun və poliqrafik keyfiyyətinin qiymətləndirilməsi üçün müstəqil qurum kimi yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasına təqdim ediləcək. Təsdiq olunmuş qiymətləndirmə meyarları üzrə bu qurum tərəfindən dəyərləndirilən dərslik komplektləri müəyyən edilmiş keçid balını topladıqdan sonra təsdiq olunaraq, tenderin II mərhələsinə buraxılacaq və satınalma müqavilələri əsasında çap ediləcək. Sonra tender proseduru davam etdirilərək V və VI Lotlar üzrə təklif zərfləri açılaraq kodlaşdırılıb və Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edilib. Tender prosedurunda komissiya üzvləri ilə bərabər, təklif vermiş nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri də iştirak edib.
08/07/2015 16:52
Aprelin 27-də mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama intahanının nəticələri mayın 1-də nazirliyin internet saytında yerləşdirilib.
Aprelin 27-də mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələri mayın 1-də nazirliyin internet saytında yerləşdirilib. Hər məktəbin göstəriciləri isə mayın 2-dən yerlərə göndəriləcək. Yoxlama imtahanı ölkəmizin 9 bölgəsində yerləşən 129 mərkəzdə keçirilib. 51 556 şagirdin cəlb edildiyi imtahanın davamiyyət faizi 96, 55, müvəffəqiyyət göstəricisi isə 44 faiz olub. Məlumat üçün bildiririk ki, münaqişə komissiyasına ərizələr mayın 5-dən 10-na kimi qəbul ediləcək.
08/07/2015 16:52
Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib.
Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb. Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb. Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb. Bu günlərdə Təhsil Nazirliyində “2007-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran problemlər barədə” müşavirə keçirilib. Müşavirədə nazirlik tərəfindən maliyyələşən idarə, müəssisə və təşkilatların baş mühasibləri iştirak edib. Tədbirdə müvafiq təşkilatların 2007-ci ilin yekun hesabatları əsasında hazırlanmış geniş arayışı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, xərclər smetası icrasının vəziyyəti, buraxılan nöqsanlar, il ərzində yaranmış debitor və kreditor borcları haqqında ətraflı müzakirələr aparılıb. Sonda Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov yekun nitqi söyləyərək, qarşıda duran problemlərdən danışıb. H. Zeynalov növbəti hesabat illərində nöqsanların aradan qaldırılması və uçot-hesabat işlərinə nəzarətin gücləndirilməsi, eləcə də müasir texnologiyalardan maksimum səviyyədə istifadə edilməsini iştirakçılara bir vəzifə olaraq tapşırıb.
08/07/2015 16:52
Mayın 2-də Təhsil Nazirliyində “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda konfrans keçirilib.
Mayın 2-də Təhsil Nazirliyində “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda konfrans keçirilib. Konfrans ümummilli liderimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra ulu öndərimizin zəngin həyat yolu, təhsil sahəsi ilə bağlı çıxışları və təhsil müəssisələrində keçirdiyi görüşlərdən ibarət sənədli film iştirakçılara təqdim olunub. Təhsil naziri Misir Mərdanov çıxış edərək Heydər Əliyevin 30 ildən artıq ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın yüksəlişi, iqtisadiyyatının inkişafı, dünyada tanınması sahəsində atdığı tarixi addımları xüsusi qeyd edib. Nazir ümummilli liderimizin milli ruhun, dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində əvəzsiz xidmətləri olduğunu və gələcək nəsillərə dəyərli ideyalarla zəngin irs bəxş etdiyini vurğulayıb. Konfransda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ulu öndərlə bağlı xatirələri yada salıb, onun dövlət idarəçiliyi sahəsindəki xidmətlərini xüsusi qeyd ediblər. Natiqlər ümummilli liderimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasi kursu uğurla davam etdirdiyini diqqətə çatdırıblar.
08/07/2015 16:52
Mayın 1-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilib.
Mayın 1-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsinin üçüncü mərhələsi üzrə nəzərdə tutulan tədbirlərdən danışıb və bu mərhələdə müəllimlərin 10 dəqiqəlik təqdimatla çıxış edəcəyini bildirib. Nazir həmin müəllimlərin qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının vacibliyini qeyd edib. Tədbirdə ilk olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsabiqədə iştirak edən müəllimlərin təqdimat etməsi, müvafiq işin iyunun sonunadək başa çatdırılması, bu mərhələ üzrə meyarların müəyyənləşdirilməsi, “İlin ən yaxşı məktəbi” müsabiqəsi üzrə görülən işlər və digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonra Misir Mərdanov bu günlərdə keçirilən sınaq imtahanının nəticələrindən söz açaraq, təşkilati işlərin daha mütəşəkkil şəkildə qurulmasından danışıb. Nazir, həmçinin imtahan mərkəzlərinin sayının artırılması və məktəb direktorlarının bu işə cəlb olunmasının müsbət nəticələr verdiyini qeyd edib. Müşavirədə nazir qarşıda duran bir neçə mühüm məsələyə toxunub, eyni zamanda orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi vəziyyəti barədə fikirlərini açıqlayıb və müvafiq istiqamətdə pilot layihə həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
08/07/2015 16:52
Aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII-XI sinif şagirdləri arasında birgə keçirdiyi “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII-XI sinif şagirdləri arasında birgə keçirdiyi “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub. Mərasimdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, millət vəkili Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər. Mərasim iştirakçıları ilk öncə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Təhsil naziri Misir Mərdanov çıxış edərək 3 mərhələdə keçirilmiş bu müsabiqə haqqında iştirakçılara ətraflı məlumat verib və qeyd edib ki, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” nominasiyası üzrə məktəb, şəhər mərhələsində 800 mindən artıq ümumtəhsil və texniki- peşə məktəbinin VII-XI sinif şagirdləri iştirak edib. Nazir yekun müsabiqədə isə respublika mərhələsinə vəsiqə almış 126 nəfərin öz bilik və bacarığını nümayiş etdirdiyini bildirib. Tədbirdə məlum olub ki, yazılar Təhsil Nazirliyinin xüsusi əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən qiymətləndirilib və 32 nəfər müsabiqənin qalibi elan edilib. Onlardan 5-i I, 5-i II, 10- u III yerə, 12 nəfər Təhsil Nazirliyinin Fəxri fərmanına, 63 nəfər isə həvəsləndirici yerə layiq görülüb. Nazir bildirib ki, müsabiqədə müvafiq yerlər tutanlarla yanaşı, digər Fəxri fərman almış şagirdlərin, eyni zamanda Naxçıvan Muxtar Respublikasında da bu nominasiya üzrə keçirilən müsabiqənin 10 nəfər qalibinin inşa yazılarından ibarət “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabı nəşr olunub. Misir Mərdanov bu dəfəki müsabiqədə keçən illə müqayisədə daha çox məktəblinin iştirak etdiyini deyərək, bu işi müsbət qiymətləndirib. Eyni zamanda nazir müsabiqədə yer tutan qalibləri, onların valideyn və müəllimlərini təbrik edib. Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş filmə tamaşa ediblər. Filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov çıxış üçün söz alaraq Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənclərimiz arasında təbliğ edilməsi baxımından belə bir müsabiqənin keçirilməsinin müstəsna əhəmiyyətindən danışıb, habelə qaliblərə xoş arzularını çatdırıb.
08/07/2015 16:52
Aprelin 29-da Təhsil Nazirliyində dövlət uşaq müəssisələrinin hazırlanmış sorğu əsasında qiymətləndirməsi ilə əlaqədar müşavirə keçirilib.
Aprelin 29-da Təhsil Nazirliyində dövlət uşaq müəssisələrinin hazırlanmış sorğu əsasında qiymətləndirməsi ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə uşaq evləri və internat məktəblərinin direktorları iştirak edib. Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na əsasən görülən işlərdən danışıb. Nazir bu proqramın Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. Sonra nazir cari il üçün nəzərdə tutulan məsələlərdən söz açaraq uşaq müəssisələrinin sorğu əsasında qiymətləndirməsinin əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, bu məqsədlə Dövlət Proqramının həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu, eləcə də YUNİSEF-in ekspertləri tərəfindən səkkiz adda sorğu tərtib olunub. Eyni zamanda nazir artıq Bakı və Sumqayıtda yerləşən müəssisələrdə monitorinqin başlandığını diqqətə çatdırıb. Qiymətləndirmənin məqsədini açıqlayan Misir Mərdanov bu işin olduqca vacibliyini bildirib, həmçinin toplanacaq məlumatların nazirlikdə yaradılan məlumat bazasına daxil ediləcəyi, uşaqların adlı siyahısının təhlili əsasında bu sahədə islahatlar strategiyasının hazırlanacağını diqqətə çatdırıb. Misir Mərdanov onu da əlavə edib ki, toplanacaq hərtərəfli məlumatlar əsasında uşaqlara göstərilən qayğı, müəssisənin infrastrukturu və yerləşmə keyfiyyəti qiymətləndiriləcək. Nazir qiymətləndirmənin nəticəsinə uyğun olaraq bu plan əsasında növbəti dövr ərzində hər bir müəssisənin yerləşdiyi ərazinin ehtiyacları nəzərə alınaraq hansı istiqamətdə fəaliyyət göstərəcəyinin müəyyənləşdiriləcəyini bildirib. Tədbirdə qeyd olunan monitorinq başa çatdıqdan sonra əldə olunmuş nəticələrə dair kollegiya iclasının keçiriləcəyi məlum olub. Sonda nazir uşaq müəssisələrinin rəhbərlərinə cari məsələlərlə bağlı tapşırıqlar verib, işə məsuliyyətlə yanaşmağın ən mühüm şərt olduğunu onların diqqətinə çatdırıb.
08/07/2015 16:52
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstünün açılışını etdi. Sonra məktəbin açılışı oldu. Prezident İlham Əliyev məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotostendə baxdı. Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısına məktəbdə tədris üçün yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq tikilib istifadəyə verilmişdir. 840 şagird yerlik məktəb müasir tədris avadanlığı, kompüterlərlə təchiz olunmuşdur. Kompüterlər internet şəbəkəsinə qoşulmuşdur. Prezident İlham Əliyev müasir tipli tədris laboratoriyaları, kompüter mərkəzinə baxdı, ingilis dili kabineti və ən müasir ədəbiyyatla təmin edilmiş kitabxana ilə tanış oldu. İnformatika, xarici dil və riyaziyyat fənləri üzrə ixtisaslaşdırılmış məktəb IX-XI sinif şagirdlərinin təhsil almaları üçün nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu. Burada şagirdlərin fiziki hazırlığı üçün bütün şərait yaradılmışdır. Dövlətimizin başçısı akademik Zərifə xanım Əliyevanın xatirə otağına da baxdı. Burada görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanmışdır. Prezident İlham Əliyev məktəbin açıq idman meydançası ilə də tanış oldu. AzərTac
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı