SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 29-da Təhsil Nazirliyində dövlət uşaq müəssisələrinin hazırlanmış sorğu əsasında qiymətləndirməsi ilə əlaqədar müşavirə keçirilib.
Aprelin 29-da Təhsil Nazirliyində dövlət uşaq müəssisələrinin hazırlanmış sorğu əsasında qiymətləndirməsi ilə əlaqədar müşavirə keçirilib.
Müşavirədə uşaq evləri və internat məktəblərinin direktorları iştirak edib.
Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na əsasən görülən işlərdən danışıb. Nazir bu proqramın Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.
Sonra nazir cari il üçün nəzərdə tutulan məsələlərdən söz açaraq uşaq müəssisələrinin sorğu əsasında qiymətləndirməsinin əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, bu məqsədlə Dövlət Proqramının həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu, eləcə də YUNİSEF-in ekspertləri tərəfindən səkkiz adda sorğu tərtib olunub. Eyni zamanda nazir artıq Bakı və Sumqayıtda yerləşən müəssisələrdə monitorinqin başlandığını diqqətə çatdırıb. Qiymətləndirmənin məqsədini açıqlayan Misir Mərdanov bu işin olduqca vacibliyini bildirib, həmçinin toplanacaq məlumatların nazirlikdə yaradılan məlumat bazasına daxil ediləcəyi, uşaqların adlı siyahısının təhlili əsasında bu sahədə islahatlar strategiyasının hazırlanacağını diqqətə çatdırıb.
Misir Mərdanov onu da əlavə edib ki, toplanacaq hərtərəfli məlumatlar əsasında uşaqlara göstərilən qayğı, müəssisənin infrastrukturu və yerləşmə keyfiyyəti qiymətləndiriləcək. Nazir qiymətləndirmənin nəticəsinə uyğun olaraq bu plan əsasında növbəti dövr ərzində hər bir müəssisənin yerləşdiyi ərazinin ehtiyacları nəzərə alınaraq hansı istiqamətdə fəaliyyət göstərəcəyinin müəyyənləşdiriləcəyini bildirib.
Tədbirdə qeyd olunan monitorinq başa çatdıqdan sonra əldə olunmuş nəticələrə dair kollegiya iclasının keçiriləcəyi məlum olub.
Sonda nazir uşaq müəssisələrinin rəhbərlərinə cari məsələlərlə bağlı tapşırıqlar verib, işə məsuliyyətlə yanaşmağın ən mühüm şərt olduğunu onların diqqətinə çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl