SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII-XI sinif şagirdləri arasında birgə keçirdiyi “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII-XI sinif şagirdləri arasında birgə keçirdiyi “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Mərasimdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, millət vəkili Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları ilk öncə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək 3 mərhələdə keçirilmiş bu müsabiqə haqqında iştirakçılara ətraflı məlumat verib və qeyd edib ki, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” nominasiyası üzrə məktəb, şəhər mərhələsində 800 mindən artıq ümumtəhsil və texniki- peşə məktəbinin VII-XI sinif şagirdləri iştirak edib. Nazir yekun müsabiqədə isə respublika mərhələsinə vəsiqə almış 126 nəfərin öz bilik və bacarığını nümayiş etdirdiyini bildirib.
Tədbirdə məlum olub ki, yazılar Təhsil Nazirliyinin xüsusi əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən qiymətləndirilib və 32 nəfər müsabiqənin qalibi elan edilib. Onlardan 5-i I, 5-i II, 10- u III yerə, 12 nəfər Təhsil Nazirliyinin Fəxri fərmanına, 63 nəfər isə həvəsləndirici yerə layiq görülüb.
Nazir bildirib ki, müsabiqədə müvafiq yerlər tutanlarla yanaşı, digər Fəxri fərman almış şagirdlərin, eyni zamanda Naxçıvan Muxtar Respublikasında da bu nominasiya üzrə keçirilən müsabiqənin 10 nəfər qalibinin inşa yazılarından ibarət “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabı nəşr olunub.
Misir Mərdanov bu dəfəki müsabiqədə keçən illə müqayisədə daha çox məktəblinin iştirak etdiyini deyərək, bu işi müsbət qiymətləndirib. Eyni zamanda nazir müsabiqədə yer tutan qalibləri, onların valideyn və müəllimlərini təbrik edib.
Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş filmə tamaşa ediblər.
Filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov çıxış üçün söz alaraq Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənclərimiz arasında təbliğ edilməsi baxımından belə bir müsabiqənin keçirilməsinin müstəsna əhəmiyyətindən danışıb, habelə qaliblərə xoş arzularını çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl