SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirilib.
Mayın 6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nazir qonaqların Oslo Universitetinin idarəolunması, maliyyələşməsi, kredit sisteminin tətbiqi, ümumilikdə bu sahə üzrə ətraflı məlumat verəcəklərini diqqətə çatdırıb. Nazir, həmçinin Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı mövcud əlaqələr, qurulan əməkdaşlıqdan söz açıb və bildirib ki, təqdimatın keçirilməsində bu təhsil müəssisəsinin rolu böyükdür.
Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg cari ilin fevralında Təhsil Nazirliyində keçirilən görüş barədə danışıb və həmin görüşdə Oslo Universiteti əməkdaşlarının nazirlikdə təqdimat-məruzə etməsinin qərara alındığını açıqlayıb. Səfir universitet əməkdaşlarını iştirakçılara təqdim edərək onların hazırladıqları təqdimatdan söz açıb.
Oslo Universitetinin professoru xanım Vibeke Roggen “Oslo Universiteti: dünən, bu gün və sabahın tələbləri” mövzusunda təqdimat-məruzə edib. V.Roggen məruzəsində Norveç Krallığı haqqında ümumi məlumat, ali təhsil islahatı, təhsil siyasəti, Oslo Universitetinin fəaliyyət istiqamətləri, Boloniya prosesinə uyğun görülən işlər, tələbə mübadiləsi və s. məsələlərə toxunub.
Tədbirdə ali təhsil müəssisələri və nazirliyin struktur bölmə rəhbərləri iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl