• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bizim sevimli dostlarımız” fotomüsabiqəsi davam edir

“Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi davam edir. 5 aprel – 5 may tarixlərini əhatə edən müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

 

Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir:

 

I mərhələ - 5-25 aprel 2021-ci il. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına göndərilməlidir.

 

II mərhələ - 25-29 aprel 2021-ci il. Bu mərhələdə qaliblər müəyyən edilir.

 

III mərhələ - 5 may 2021-ci il. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu);

- Fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər;

- Fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir;

- Fotoşəkil telefon, planşet və ya fotokamera ilə çəkilə bilər;

- Fotolar aydın və keyfiyyətli çəkilməlidir;

- Fotoşəkillərin həcmi 3-4 mb-dan az olmamalıdır;

- Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir;

- Fotolar və iştirakçı haqqında məlumatı (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına  göndərilməlidir.

 

Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.


3 il əvvəl