SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Musiqi Kollecində AMK-nın rektoru Siyavuş Kəriminin 60 illik yubileyinə həsr olunmuş görüş keçirilib.
Görüşdə Musiqi Kollecinin müəllim və tələbə heyəti ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən respublikanın xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov və başqaları iştirak ediblər.
Yubiley gecəsini açan kollecin direktoru Nazim Kazımov qonaqlara Siyavuş Kəriminin həyatı və yaradıcılıq yolu, ictimai, pedaqoji fəaliyəti haqqında məlumat verib.
Xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov, Ağacəbrayıl Abbasəliyev bəstəkarla bağlı müxtəlif maraqlı xatirələrini danışıblar.
Tədbir Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib. Müxtəlif solo ifalarda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr səsləndirilib.
Konsertin sonunda yubilyar səhnəyə çıxaraq əməkdar artist Anar Şuşalı ilə birlikdə mahnılarından birini ifa edib.
Sonda yubiliyar çıxış edərək Musiqi Kollecinin tədbir iştirakçılarına, maraqlı proqramla çıxış edən ifaçılara minnətdarlığını bildirərək, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl